Показаны сообщения с ярлыком təhsil. Показать все сообщения
Показаны сообщения с ярлыком təhsil. Показать все сообщения

Vizuallaşdırılmş innovativ fizika dərslikləri

       Çox hörmətli həmkarlarım, heç kimə sirr deyil ki, fizikanın ümumtəhsil məktəblərində tədrisi bizim üçün aktual məsələlərdəndir. Bu mövzuda fizika dərslikləri ilə bağlı müzakirələr və mübahisələr də həmişə diqqət mərkəzindədir. İnternet üzərinddən araşdırmalarım zamanı qarşılaşdığım dərslik sahəsindəki bir yeniyi sizinlə bölüşmək istəyirəm.
Reallıqlarla zənginləşdirilmiş innovativ fizika dərsliyinin düşünürəm ki , dünyada analoqu yoxdur.Təbii ki, bu dərslik geniş kütlə üçün nəzərdə tutulmayib və istehsalçı tərəfindən şəxsi biznes sahəsinin inkişafina hədəflənmişdir.Bununla belə, hadisə özlüyündə dərslik sahəsində innovasiyadır.Video rus dilində olduğu üçün tərcümə və şərhə ehtiyac duymadım.
   
                          

Təhsil Nazirliyi və “Edumedia-Azərbaycan” təşkilatı fizika, kimya və biologiya müəllimləri üçün Yeni Müsabiqəyə başlayır

 “TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ” MÜSABİQƏSİnin nəticələri elan olundu!

 Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.Müsabiqə iki nominasiyada keçirilmişdir.

I Nominasiya. Ən yaxşı müəllim işi
Bu nominasiya üzrə fizika, kimya və biologiya fənləri üzrə ümumtəhsil müəssisələrində müəllimlər üçün təşkil olunan "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" təlimlərində iştirak edən, bu avadanlıqlarla təmin olunmuş məktəblərin bütün müəllimləri iştirak hüququ əldə etmişdir.
II Nominasiya. Ən yaxşı təlimçi işi
Bu nominasuya üzrə fizika, kimya və biologiya fənlərindən "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" üzrə 20-23 fevral və 2-4 iyul 2015-ci il tarixlərində xarici təlimçilərin təlimində iştirak edən müəllimlər müraciət edə bilərlərdilər.
Müsabiqənin təşkilatçıları :“Edumedia-Azərbaycan” və “Globisens” şirkətləridir
Müsabiqə Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq  dəstəklənir.
Müsabiqə hədiyyələri: qaliblər   “iPad air” 16 GB,   “Globimate” planşet,  “Samsung Galaxy Tab-3, 7” 8 GB  və s. hədiyyələrlə mükafatlandırılacaqlar.
PS:6 aprel tarixində "Labdisk-rəqəmsal laboratoriya avadanlıqlarının təbiət elmlərində tətbiqi müsabiqəsi" nin "Ən yaxşı müəllim işi-fizika" nominasiyası ürəkaçan nəticələri ilə yekunlaşdı.Bu müəllimlər videogörüntü hesabına göz aldatmadılar! Həqiqətən də maraqlı, ətraflı izahı ilə yeni təcrübələr etdilər və müsabiqədə     biz ekspertlərin və münsiflərin      rəğbətini qazandılar. Dəyərli həmkarlarım , müdavimlərim )))  Bextiyar Bayramovun və Rahib Əfəndiyevin qalibiyyəti isə məni xüsusi olaraq qürurlandırır. Buyurun , təcrübələri izləyin
https://www.youtube.com/watch?v=7lSa0zRAG-0&feature=youtu.be
https://www.youtube.com/watch?v=AbdSrUlsPdY&feature=youtu.be
https://www.youtube.com/watch?v=OpH_UDPYuOE&feature=youtu.be

                              

YENİ TƏHSİL PROQRAMI ( KURİKULUM)dan bəzi qaranlıq məqamlar SUAL -CAVAB əsasında

SUAL 1: Məzmun standartları neçə yerə ayrılır və hansılardır?
CAVAB: 2 yerə ayrılır - bilik və fəaliyyət.
SUAL 2: Biliyin neçə kateqoriyası var və hansılardır?
CAVAB: 3 kateqoriyası var - deklarativ; prosedural;kontekstual.
SUAL 3: Blum taksanomiyasında altı mərhələnin ən aşağı 2 mərhələsi olan bilmə və anlama ilə hansı bilik kateqoriyası əlaqələndirilir?
CAVAB: Deklarativ.
SUAL 4: Blum taksanomiyasında tətbiq mərhələsiylə hansı bilik kateqoriyası əlaqələndirilir?
CAVAB: Prosedural.
SUAL 5: Hansı bilik kateqoriyası hər hansı prosesdə əldə edilən yeni informasiya və ya müəyyən informasiyaları tətbiq edildikdə yeni məna alan proseslər kimi dəyərləndirilir?
CAVAB: Kontekstual.
SUAL 6: Bilik kateqoriyalarının standartlar üzrə uyğun nisbətlərdə bölgüsü hansı məsələlərin nəzərə çatdırılmasına və həyata keçirilməsinə xidmət edir?
CAVAB: İnformasiyalar yaddaşda mühafizə edilməli deyil,onlar problemin həllində səmərəli istifadə edilməlidir. İnformasiyalar şagirdlər tərəfindən yeni informasiyaların yaradılmasına yardımçı olmalıdırlar.
SUAL 7: Fəaliyyətin neçə növü var və hansılardır?
CAVAB: 3 növ-idraki; ünsiyyət; psixomotor.
SUAL 8.Idraki bacarıqlar hansılardır?
CAVAB: Bilmə - xatırlamaq; tanımaq; göstərmək; sadalamaq; adlandırmaq.
Anlama - izah etmək; nümunə göstərmək; öz sözləri ilə təsvir etmək; fərqləndirmək.
Tətbiqetmə - həll etmək; istifadə etmək; cümlə qurmaq.
Təhliletmə - hissələrə ayırmaq; struktur müəyyənləşdirmək; müqayisə etmək.
Sintezetmə - yaratmaq; plan tutmaq; tərtib etmək.
Dəyərləndirmə - münasibət bildirmək; qərar qəbul etmək.
SUAL 9. Ünsiyyət bacarıqları hansılardır?
CAVAB: izah etmək; təsvir etmək; təqdim etmək; şərh etmək; reaksiya vermək.
SUAL 10. Psixomotor bacarıqları (fiziki inkişafın mərhələləri) hansilardir?
CAVAB: Hissetmə - hərəkətlərin icrasından əvvəl öz imkanlarını müəyyənləşdirir.
Hazırolma - hərəkətlərin icrasına hazırlıq işləri aparılır.
Təqlidetmə - nümayiş etdirilən hərəkətləri təkrarlayır.
Mexanizmin mənimsənilməsi - hərəkətləri qaydalara uyğun yerinə yetirir.
Mükəmməl icra - formalawmış hərəkətlər nümayiş etdirir.
Uyğunlaşma - hərəkətin icrası zamanı yaranmış problemi həll etmək üçün davranışda dəyişikliklər edir.
Yaradıcılıq - yeni fəaliyyət nümunələri yaradır
Fənnin məqsədi fənn üzrə ümumi təlim nəticələridir və MƏZMUN XƏTTİ ilə səciyyələnir. Məzmun xətti ƏSAS STANDART və ALT STANDART ilə səciyyələnir.
MƏZMUN XƏTTİ - dəyişməzdir. Kodlaşdırmanın ən önundə gəlir. Məsələn: 1.1.2. və ya 1.2.2. Burada ən başda duran 1 - məzmun xəttidir.
ƏSAS STANDART - əsasən dəyişməzdir. Kodlaşdırmada ikinci yerdə durur. Məsələn: 1.2.1 və ya 3.2.1. Burada ortada, yəni ikinci sırada duran 2 - əsas standartdır.
Əsas standartın funksiyaları aşağıdakılardir:
* Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
* Siniflər və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.
ALT STANDART - daim dəyişəndir. Kodlaşdırmada ən sonda durur. Məsələn: 2.2.1. və ya 3.2.1. Burada ən sonda, yəni üçüncü sırada gələn alt standartdır.
Alt standartın funksiyaları aşağıdakılardir:
* Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.
* Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.
* Təlimdə inteqrativliyi təmin edir.
* Təlimin məzmununun davamlı inkişafını təmin edir.

YARADICI MÜƏLLİMLƏR ÜÇÜN YENİ MÜSABİQƏ ELAN OLUNDU !

                   

Müsabiqə  “Müasir məktəbdə Activinspire proqramı ilə hazırlanmış tədris resursları” nominasiyasında keçirilir və aşağıdakı 3 qrupa bölünür:
   1-4-cü siniflər üçün hazırlanmış ən yaxşı resurs (3 yer)
       5-11-ci siniflər üçün hazırlanmış ən yaxşı resurs (3yer)
-                 Ən yaxşı təlimçi işi (3 yer)
                              Resurslar  mart ayının 15-nə kimi qəbul edilir.Mart ayının 16-dan 31-nə kimi münsiflər heyəti qiymətləndirməni  həyata keçirəcək
                 Aprel ayının 1-dən  “Edumedia Azərbaycan”nın və “Promethean Planet”in internet səhifəsində müsabiqənin  nəticələri açıqlanacaq



Səs Dalğaları Mövzusunda Açıq Dərsimin Gedişi
Əziz  bloq izləyicilərim ,əvvəlcədən də sizinlə təqdimatını paylaşdığım açıq dərsim planlaşdırılmış tarixdə baş tutdu.Hətta açıq dərsə qədər minlərlə baxış sayı toplamış bu online təqdimat sizlər tərəfindən marağa səbəb olmuş və mənə bir çox suallar ünvanlamışdınınz.
Beləliklə...Sumqayıt Təhsil Şöbəsinin inspektoru , peşəkar təlimçi Gülbahar müəllimə və Fizika fənni üzrə metodisti Tahirə müəllimə də dərsi izləyən müəllimlər arasında idilər.
Şagirdlərlə salamlaşdıqdan və davamiyyəti yoxladıqdan sonra "Oxu Strategiyaları " üsullarından istifadə etməklə ümumi sorğu etdim.Qeyd edim ki , bu sadə üsul şağirdlərdə oxuma ,dinləmə ,qavrama ,gözləmə mədəniyyəti vərdişlərini formalaşdırmaq alt məqsədini də özündə ehtiva edir.Şagirdlər bu üsulun qaydalarına düzgün riayət  edərək qrup halında sorğuda iştirak etdilər.
Daha sonra dərsin motivasiyasını ,problem sualı yaradaraq səs dalğaları mövzusuna başladım. Şagirdlər bu prosesə aktiv müzakirə ilə qoşuldular (həyati bilgiyə inteqrasiya ).
Səs mənbələrinin aydınlaşdırılması şagirdim Aysunun gitarada əyanı nümayişi ( musiqi fənninə inteqrasiya ),Şuşa  və millii musiqi alətlərmizin xatırladılması ilə vətənpərvərlik ruhunun təzələnməsi ilə yadda qaldı.
Dərs hər  dörd qrupa sadə təcrübə-araşdırma təlimatlarının verilməsi və icrası ilə davam etdi.Qruplar öz araşdırmalarından aldıqları nəticələri normal təqdim etdilər və bu prosesin maraqlı olduğunu söylədilər.
Dərsin növbəti mərhələsi dərsi izləyən müəllimlər tərəfindən xüsusi rəğbət qazandı. Belə ki, hər dörd qrup öz qrup adlarını yeni bir layihəyə qoşularaq araşdırdılar .müzakirə etdilər və təqdim etdilər. Bildiyimiz kimi ,Təhsil Nazırliyi dekabr ayında başlanğıc olaraq respublikanın iki məktəbində "Oxu mədəniyyəti ,oxuya motivasiya ,İKT vasitələrindən istifadə edərək səmərəli axtarış və paylaşım layihəsi "nin icrasını edəcək.Mən də ,açıq dərsimin müəyyən bir müddətini bu layihəyə uyğun qurmağı qərara almışdım. Hər qrupdan iki şagird İnternet üzərindən online olaraq ,diğər qrup üzvləri isə məktəb kitabxanasından seçdiyim Ayna Uşaq Ensiklopediyasından mütailə yolu ilə öz qrup adlarınınmənasını araşdırdılar.Şagirdlər  Azərbaycan dilli fizika veb resurslarının İnternetdə az olması faktını aşkarladılar və bu qənaətə gəldilər ki, həqiqətən də, müxtəlif məlumatların mütailə yolu ilə mənimsənilməsi  vacibdir.
Dərsin növbəti mərhləsində toplanılmış nəticələrin  ümumiləşməsi və sxematik nəticəsi aparıldı.Səsin yaranma ,yayılma və qəbul edilmə mexanizmini özündə əks etdirən qısa videoanimasiya nümayiş etdirdim.Qəbuledici orqan olan qulaqda səsin qəbul olunma prosesinin animasiyalı təsviri və izahı şagirdlərin marağına səsb oldu ( bologiya fənninə inteqrasiya ).
Yaradıcı tətbiq etmək məqsədilə .agirdlərimə online interaktiv tapşırığı təqdim etdim.Hər dörd qrupun birgə düzgün cavabları tapşırığın öhdəsindən gələməyə səbəb oldu.
Dərsin sonuna yaxın həm qrupların .həm müəyyən şagirdlərin qiymətləndirilməsini elan etdim.Bu ərəfədə isə şagirdlərimə yeni il ağacı təsvirindəki bəzəkləri 8-ci sinifdə öyrəndikləri fizika düsturları ilə bəzəməyi təklif etdim.Bu maraqlı yanaşma hər kəs tərəfindən xüsusi qiymətləndirildi və şagirdlərin fəallığı məni də məmnun etdi.
Ev tapşırığının elan olunması ilə dərsin bitməsi zəngi eşidildi.
Qeyd: açıq dərsin müzakirəsi zamanı mənə tutulan iradlar bunlar oldu: 
1)şagirdlərin fikirləri lövhədə müəllim tərəfindən qısaca qeyd olunmalı idi;
2) gitarada bir ifa osa idi daha məqsədə uyğun olardı; 
3)şagirdlərin danışıqları çox hündür səslənmirdi.
PS : dərsin videogörüntüləri və fotolarını yaxın günlərədə mütləq sizinlə paylaşacam!

Müəllimə  Dəstək - MSQ
Pis müəllim təsvir edir,
 Yaxşı müəllim - izah edir, 
 Əla müəllim - göstərir,  
Dahi müəllim - həvəsləndirir, 

Həqiqi müəllim isə arxasınca aparır...
  
                                                   FIZIKADAN BAKI SINAQ QİYMƏTLƏNDİRMƏ TESTLƏRİ-özünü yoxla!
                                             Bakı MSQ-2014-də istifadə olunmuş KURİKULUM TESTLƏRİNDƏN-1
                                             Bakı MSQ-2014-də istifadə olunmuş KURİKULUM TESTLƏRİNDƏN-2
 Kurikulum   Testləri-Yeniləndi

Müasir təlimin prinsipləri


1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi
Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar? Bir qədər inandırıcı olmasa da elmi araşdırmalar göstərir ki, insan bütün ömrü boyu qazandığı məlumatın təxminən 70% -ni 6 yaşa qədər əldə edir. Paradoks ondan ibarətdir ki, məktəbə daxil olduqdan sonra uşağın idrak fəallığı müəyyən dərəcədə ləngiməyə başlayır. Bu nəyə görə baş verir?
İş ondadır ki, məktəbəqədər dövrdə uşaq dünyanı bir tədqiqatçı kimi dərk edir: o, suallar verir, bu suallara cavab tapmaq üçün öz imkanı dairəsində müxtəlif məlumat mənbələrindən istifadə edir və ilk növbədə öz təcrübəsinə əsaslanır. Onu əhatə edən dünyanı müstəqil dərk edərək uşaq öz maraqlarına görə fəaliyyət göstərir.
Birinci sinfə qəbul olarkən uşaq elə bir təlim mühitinə düşür ki, burada ondan adət etdiyi, təbii olan öyrənmə metodundan əl çəkmək tələb olunur. Müəllim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, təlimatlarını dəqiq yerinə yetirsin və bu təlimata aid olmayan sualları az versin. Bununla şagirdə, demək olar ki, passiv mövqe tutmaq, tətqiqatçı rolundan imtina etmək və müəllim tərəfindən verilən məlumatla kifayətlənmək təklif olunur. Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim dayanır. Məhz müəllim təlim prosesinin fəal iştirakçısı olur və şagirdə nəyi və necə dərk edilməsini diktə edir. Bunun nəticəsində şagirdin dərketmə imkanları məhdudlaşır, onun ehtiyacları, maraq və qabiliyyətləri nəzərə alınmır.
Deməli, şagirdin fəallaşması üçün ilk növbədəi, onun, bir şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməsi vacibdir. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona hörmət əsasında münasibət göstərilməlidir.
2. Fəal idrak prinsipi
Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşf etməyə yönəlir.
3. İnkişafedici təlim prinsipi
Görkəmli rus psixoloqu, müasir pedaqoji psixologiyanın banilərindən biri olan L.S.Vıqotskinin nəzəriyyəsinə görə təlim inkişafı qabaqlamalı, uşağın «qarşıdakı (yaxın) inkişaf zonasına» yönəlməlidir. Bu inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşib, onları aktuallaşdırmaq üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etmək təklif edilməlidir. Eyni zamanda, müəllim və digər böyüklər suallar verməklə onları problemin həllinə istiqamətləndirməlidirlər. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində bilik və bacarıqları əldə etmək üzrə aşkarlanan potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlməlidir. İnkişafedici təlim ilk növbədə təfəkkürü və yaradıcılığı formalaşdırmalıdır.
4. «Qabaqlayıcı təlim» prinsipi
Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini əks etdirməli və yeni nəsli yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır. Məktəb şagirdə baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda onda idraki fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır. Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi, düzğün istifadə və tətbiq etməyi öyrətməlidir.
5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi
Təlim-tərbiyə sisteminin çevikliyi ilk növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir. İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və proqramlarının məzmunu, təlim-tərbiyə prosesinin təşkili, pedaqoji texnologiyaların seçilməsi sistematik olaraq təzələnməlidir. Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin diferensiallaşmasına, şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və mənimsənilməsinə üstünlük verilir. Buna nail olmaq üçün müəllim hər bir şagirdə fərdi yanaşmağa, təlimdə müxtəlif bilik mənbələrindən və məlumatı təqdimetmə formalarından (görmə, eşitmə, hiss etmə və s. duyğulara əsaslanan) istifadə etməyə çalışmalıdır. Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq biliklərin daha çox yaradıcı və tətbiqi olmasında öz əksini tapır, şagirdlər təlim məqsədlərini qoymağa özləri cəhd edirlər.
6. Əməkdaşlıq prinsipi
«Müəllim-şagird» qarşılıqlı münasibətləri sistemində bu subyektlərin hər biri təlim prosesində tərəf müqabili kimi iştirak etməlidirlər. Əməkdaşlıq ilk növbədə təlim prosesinin kollegial və dinamik keçməsində öz əksini tapır. Əgər şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaradır: şagirdin özünə inamı artır, o öz fikrini çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləşdirir. Əməkdaşlıq prinsipi müəllimdən tələb edir ki, o, şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli, fəallaşdırıcı və ruhlandırıcı edir.
7. Dialoji təlim prinsipi
Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim prosesində bütün şagirdlərin müxtəlif nöqteyi-nəzərlərini və fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə, tədrisin məzmununu daha da zənginləşdirməyə imkan yaradır, nəticəçıxarma prosesinə müsbət təsir edir.
Bu prinsiplərin həyata keçirilməsi sagirddə səmərəli həyat fəaliyyətinin formalaşması və onun aramsız dəyişən şəraitə uyğunlaşması üçün təsiredici zəruri bacarıqların əldə olunmasına şərait yaradır. Bütün bu prinsiplərin təlim prosesində ən dolğun şəkildə tətbiqi fəal(interaktiv) təlim metodları vasitəsilə mümkündür.

Qardner nəzəriyyəsi-Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi

Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış Hovard Qardnerin nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər. Bu xüsusiyyətlərin üzə çıxması üçün onlara şərait yaradılmalıdır. Bu qabiliyyətlər aşağıdakılardır:
1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.
3. Vizual (fəza) qabiliyyət - belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.
4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.
5. Ritmik (musiqi) qabiliyyət - belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.
6. Şəxsiyyətlərarası qabiliyyət - belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər.
7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər.
8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Hər bir müəllim şagirdlərində bu qabiliyyətlərin üzə çıxarılmasına yardım etməlidir. Unutmayaq ki, müəllimin şagirdlərinə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə həm özünə, həm də müəlliminə hörmət və etibarı artırar. Gördüyünüz kimi müəllim-şagird münasibətləri çox incə və mürəkkəb məsələdir. Odur ki, işlərimizi düzgün qursaq nəticədə ölkəmizə yüksək intellekti, elmi potensialı və milli-mənəvi dəyərləri ilə seçilən, cəsarətli və vətənpərvər şagirdlər tərbiyə etmiş olacağıq.