Sınaq Qiymətləndirilməsinin metodika (kurikulum) bölməsi ilə bağlı əlavə nümunəvi testlər

1)Dərslik komplekti hansılardır?
1.Dərslik      2.Bölmə   3.valideyin üçün tövsiyyələr   4.Müəllim üçün vəsait
5.Şagirdin iş dəftəri      6.Şəkil illüstrasiya       7.Tədris vahidi.

a)1,4,5                    b)3,6,7            c)1,2,3               d)4,5,7.
2 )Prespektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən bacarıqlar hansılardır?
1. Məzmun standartlarına əsasən tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq
2. Alt-standartlarsiniflər üzrə dəyişilir və mürəkkəbləşir.
3. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
4. İnteqrasiya imkanlarını müəyyən etmək.
5. Təlim məqsədinə görə məqsədyönlü vaxt bölgüsü aparmaq.
6. Təlim məqsədlərinə görə nailiyyətlərin qiymətləndirilməsinin növlərini müəyyənləşdirmək.
7. Taksonomiyalar üzrə bilik komponenti dərinləşir (söz-cümlə-mətn),fəaliyyət komponenti mürəkkəbləşir (idrak səviyyələri artır).
8. Əlavə resuruslar seçmək
a)1,3,4,5,7,8         b)1,2,3,4,5,8       c)1,3,4,5,6,8        d)2,3,4,6,7,8

3)Blumun Taksonomiyası nəzəriyyəsinə görə dərketmənin Səviyyələri hansıdır?
A) 1)Bilik   2)Qavrama   3)Tətbiq         4 ) Təhlil                      5)Sintez                6) Qiymətləndirmə
B) 1)Bilik   2)Tətbiq        3)Təhlil                4)Qiymətləndirmə       5)Sintez
C) 1)Bilik   2)Təhlil        3)Sintez     4)Tətbiq         2) Qiymətləndirmə
Ç) 1)Bilik   2)Qavrama   6) Qiymətləndirmə
D) 1)Bilik   2)Tətbiq         3)Qavrama             4)  Təhlil          5)Sintez          6) Qiymətləndirmə
 

 4 )Fəal təlim nəyə əsaslanır?
A) Təfəkkürün inkişafına. Təfəkkürün müstəqillik və sərbəstliyinə. Əməkdaşlığa.
B) Biliklərin yaradıcı tətbiqinə. Şagirdin fəal dərketmə mövqeyinə. Problemli şəraitin yaranmasına.
C) Biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına.
Ç) Heç birinə.
D) Hamısına.

5 )Kurrikulumda məzmun standartı nədir?
a. şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
b. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
c. təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
d. yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir
 6)Aşağıdakılardan hansı təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə aid deyil?
a) humanistlik
b) demokratiklik
c) bərabərlik
d) şəxsiyyətlik
e) inteqrasiya

 7)HANSI CAVAB FƏAL TƏLİMİN MOTİVASİYA MƏRHƏLƏSİNİN HİSSƏLƏRİNİN DÜZGÜN ARDICILLIĞINI ƏKS ETDİRİR?
A) Problemi qoymaq üçün sual və ya tapşırıq verilir, yönəldici suallar təklif olunur, tədqiqat sualı çıxarılır, fərziyyələr irəli sürülür.
B) Fərziyyələr irəli sürülür, problemi qoymaq üçün sual və ya tapşırıq verilir, tədqiqat sualı çıxarılır, yönəldici suallar təklif olunur.
C) Yönəldici suallar təklif olunur, tədqiqat sualı çıxarılır, problemi qoymaq üçün sual və ya tapşırıq verilir, fərziyyələr irəli sürülür.
D) Tədqiqat sualı müəyyən edilir, fərziyyələr irəli sürülür, yönəldici suallar təklif olunur.
E) Problemi qoymaq üçün sual və ya tapşırıq verilir, fərziyyələr irəli sürülür, yönəldici suallar təklif olunur, tədqiqat sualı çıxarılır.

 8)Yanlış variantı müəyyən edin:
A) Alt-standartın fəaliyyət komponenti təlimin strategiyalarını müəyyən etməyə kömək edir.
B) Alt-standartın bilik komponenti mövzunu müəyyən etməyə kömək edir.
C) Deklarativ bilik növü hər hansı bir anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir.
D) Kontekstual bilik hər hansı prosesdə əldə edilən yeni informasiya və ya müəyyən informasiyalara tətbiq edildikdə yeni məna alan proseslər kimi dəyərləndirməsidir.
E) Prosedural bilik məlumat xarakterli biliklərdir.

9)Müəllimin innovativ fəaliyyətinə aid deyil:
A) İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir.
B) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir.
C) Pedaqoji prosesə yeni yanaşmalar əsasında səmərəli təlim üsulları yaradır.
D) İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir.
E) Təlim proresində şagirdə obyekt kimi yanaşır.

10 )Pedaqoji texnologiya:
A) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
B) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı.
C) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu.
D) Bütün cavablar doğrudur.
E) Düzgün cavab yoxdur.
11)Adətən mən iş görmək istəyən zaman ...
A) Əvvəl işi görüb sonra həmin iş barəsində düşünürəm.
B) İşi görə - görə işin nəticəsi barədə fikirləşirəm.
C) İş bitəndənsonranəticəsinə baxıram.
D) Əvvəl nəticəsini düşünürəm.
E) Çox vaxt nəticəsini düşünürəm.

12 ) Aşağıdakılardan hansı iş forması deyil?
a)cütlərlə
b)fərdi
c)müzakirə
d)kollektiv
13) Aşağıdakı anlayışlardan hansı fənn kurrikulumuna aid deyil?
a)Məzmun standartı
b)Məzmun xətti
c)ümumi təlim nəticələri
d)həftəlik dərs saatlarının miqdarı

Комментариев нет: