YENİ TƏHSİL PROQRAMI ( KURİKULUM)dan bəzi qaranlıq məqamlar SUAL -CAVAB əsasında

SUAL 1: Məzmun standartları neçə yerə ayrılır və hansılardır?
CAVAB: 2 yerə ayrılır - bilik və fəaliyyət.
SUAL 2: Biliyin neçə kateqoriyası var və hansılardır?
CAVAB: 3 kateqoriyası var - deklarativ; prosedural;kontekstual.
SUAL 3: Blum taksanomiyasında altı mərhələnin ən aşağı 2 mərhələsi olan bilmə və anlama ilə hansı bilik kateqoriyası əlaqələndirilir?
CAVAB: Deklarativ.
SUAL 4: Blum taksanomiyasında tətbiq mərhələsiylə hansı bilik kateqoriyası əlaqələndirilir?
CAVAB: Prosedural.
SUAL 5: Hansı bilik kateqoriyası hər hansı prosesdə əldə edilən yeni informasiya və ya müəyyən informasiyaları tətbiq edildikdə yeni məna alan proseslər kimi dəyərləndirilir?
CAVAB: Kontekstual.
SUAL 6: Bilik kateqoriyalarının standartlar üzrə uyğun nisbətlərdə bölgüsü hansı məsələlərin nəzərə çatdırılmasına və həyata keçirilməsinə xidmət edir?
CAVAB: İnformasiyalar yaddaşda mühafizə edilməli deyil,onlar problemin həllində səmərəli istifadə edilməlidir. İnformasiyalar şagirdlər tərəfindən yeni informasiyaların yaradılmasına yardımçı olmalıdırlar.
SUAL 7: Fəaliyyətin neçə növü var və hansılardır?
CAVAB: 3 növ-idraki; ünsiyyət; psixomotor.
SUAL 8.Idraki bacarıqlar hansılardır?
CAVAB: Bilmə - xatırlamaq; tanımaq; göstərmək; sadalamaq; adlandırmaq.
Anlama - izah etmək; nümunə göstərmək; öz sözləri ilə təsvir etmək; fərqləndirmək.
Tətbiqetmə - həll etmək; istifadə etmək; cümlə qurmaq.
Təhliletmə - hissələrə ayırmaq; struktur müəyyənləşdirmək; müqayisə etmək.
Sintezetmə - yaratmaq; plan tutmaq; tərtib etmək.
Dəyərləndirmə - münasibət bildirmək; qərar qəbul etmək.
SUAL 9. Ünsiyyət bacarıqları hansılardır?
CAVAB: izah etmək; təsvir etmək; təqdim etmək; şərh etmək; reaksiya vermək.
SUAL 10. Psixomotor bacarıqları (fiziki inkişafın mərhələləri) hansilardir?
CAVAB: Hissetmə - hərəkətlərin icrasından əvvəl öz imkanlarını müəyyənləşdirir.
Hazırolma - hərəkətlərin icrasına hazırlıq işləri aparılır.
Təqlidetmə - nümayiş etdirilən hərəkətləri təkrarlayır.
Mexanizmin mənimsənilməsi - hərəkətləri qaydalara uyğun yerinə yetirir.
Mükəmməl icra - formalawmış hərəkətlər nümayiş etdirir.
Uyğunlaşma - hərəkətin icrası zamanı yaranmış problemi həll etmək üçün davranışda dəyişikliklər edir.
Yaradıcılıq - yeni fəaliyyət nümunələri yaradır
Fənnin məqsədi fənn üzrə ümumi təlim nəticələridir və MƏZMUN XƏTTİ ilə səciyyələnir. Məzmun xətti ƏSAS STANDART və ALT STANDART ilə səciyyələnir.
MƏZMUN XƏTTİ - dəyişməzdir. Kodlaşdırmanın ən önundə gəlir. Məsələn: 1.1.2. və ya 1.2.2. Burada ən başda duran 1 - məzmun xəttidir.
ƏSAS STANDART - əsasən dəyişməzdir. Kodlaşdırmada ikinci yerdə durur. Məsələn: 1.2.1 və ya 3.2.1. Burada ortada, yəni ikinci sırada duran 2 - əsas standartdır.
Əsas standartın funksiyaları aşağıdakılardir:
* Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
* Siniflər və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.
ALT STANDART - daim dəyişəndir. Kodlaşdırmada ən sonda durur. Məsələn: 2.2.1. və ya 3.2.1. Burada ən sonda, yəni üçüncü sırada gələn alt standartdır.
Alt standartın funksiyaları aşağıdakılardir:
* Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.
* Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.
* Təlimdə inteqrativliyi təmin edir.
* Təlimin məzmununun davamlı inkişafını təmin edir.

Комментариев нет: