“TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ” MÜSABİQƏSİnin nəticələri elan olundu!
Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.Müsabiqə iki nominasiyada keçirilmişdir.
I Nominasiya. Ən yaxşı müəllim işi
Bu nominasiya üzrə fizika, kimya və biologiya fənləri üzrə ümumtəhsil müəssisələrində müəllimlər üçün təşkil olunan "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" təlimlərində iştirak edən, bu avadanlıqlarla təmin olunmuş məktəblərin bütün müəllimləri iştirak hüququ əldə etmişdir.
II Nominasiya. Ən yaxşı təlimçi işi
Bu nominasuya üzrə fizika, kimya və biologiya fənlərindən "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" üzrə 20-23 fevral və 2-4 iyul 2015-ci il tarixlərində xarici təlimçilərin təlimində iştirak edən müəllimlər müraciət edə bilərlərdilər.
Müsabiqənin təşkilatçıları :“Edumedia-Azərbaycan” və “Globisens” şirkətləridir
Müsabiqənin təşkilatçıları :“Edumedia-Azərbaycan” və “Globisens” şirkətləridir
Müsabiqə Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq dəstəklənir.
Müsabiqə hədiyyələri: qaliblər “iPad air” 16 GB, “Globimate” planşet, “Samsung Galaxy Tab-3, 7” 8 GB və s. hədiyyələrlə mükafatlandırılacaqlar.
PS:6 aprel tarixində "Labdisk-rəqəmsal laboratoriya avadanlıqlarının təbiət elmlərində tətbiqi müsabiqəsi" nin "Ən yaxşı müəllim işi-fizika" nominasiyası ürəkaçan nəticələri ilə yekunlaşdı.Bu müəllimlər videogörüntü hesabına göz aldatmadılar! Həqiqətən də maraqlı, ətraflı izahı ilə yeni təcrübələr etdilər və müsabiqədə biz ekspertlərin və münsiflərin rəğbətini qazandılar. Dəyərli həmkarlarım , müdavimlərim ))) Bextiyar Bayramovun və Rahib Əfəndiyevin qalibiyyəti isə məni xüsusi olaraq qürurlandırır. Buyurun , təcrübələri izləyinMüsabiqə hədiyyələri: qaliblər “iPad air” 16 GB, “Globimate” planşet, “Samsung Galaxy Tab-3, 7” 8 GB və s. hədiyyələrlə mükafatlandırılacaqlar.
https://www.youtube.com/watch?v=7lSa0zRAG-0&feature=youtu.be
https://www.youtube.com/watch?v=AbdSrUlsPdY&feature=youtu.be
https://www.youtube.com/watch?v=OpH_UDPYuOE&feature=youtu.be
Комментариев нет:
Отправить комментарий