Показаны сообщения с ярлыком pedaqoqika. Показать все сообщения
Показаны сообщения с ярлыком pedaqoqika. Показать все сообщения

Təhsil Nazirliyi və “Edumedia-Azərbaycan” təşkilatı fizika, kimya və biologiya müəllimləri üçün Yeni Müsabiqəyə başlayır

 “TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ” MÜSABİQƏSİnin nəticələri elan olundu!

 Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.Müsabiqə iki nominasiyada keçirilmişdir.

I Nominasiya. Ən yaxşı müəllim işi
Bu nominasiya üzrə fizika, kimya və biologiya fənləri üzrə ümumtəhsil müəssisələrində müəllimlər üçün təşkil olunan "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" təlimlərində iştirak edən, bu avadanlıqlarla təmin olunmuş məktəblərin bütün müəllimləri iştirak hüququ əldə etmişdir.
II Nominasiya. Ən yaxşı təlimçi işi
Bu nominasuya üzrə fizika, kimya və biologiya fənlərindən "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" üzrə 20-23 fevral və 2-4 iyul 2015-ci il tarixlərində xarici təlimçilərin təlimində iştirak edən müəllimlər müraciət edə bilərlərdilər.
Müsabiqənin təşkilatçıları :“Edumedia-Azərbaycan” və “Globisens” şirkətləridir
Müsabiqə Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq  dəstəklənir.
Müsabiqə hədiyyələri: qaliblər   “iPad air” 16 GB,   “Globimate” planşet,  “Samsung Galaxy Tab-3, 7” 8 GB  və s. hədiyyələrlə mükafatlandırılacaqlar.
PS:6 aprel tarixində "Labdisk-rəqəmsal laboratoriya avadanlıqlarının təbiət elmlərində tətbiqi müsabiqəsi" nin "Ən yaxşı müəllim işi-fizika" nominasiyası ürəkaçan nəticələri ilə yekunlaşdı.Bu müəllimlər videogörüntü hesabına göz aldatmadılar! Həqiqətən də maraqlı, ətraflı izahı ilə yeni təcrübələr etdilər və müsabiqədə     biz ekspertlərin və münsiflərin      rəğbətini qazandılar. Dəyərli həmkarlarım , müdavimlərim )))  Bextiyar Bayramovun və Rahib Əfəndiyevin qalibiyyəti isə məni xüsusi olaraq qürurlandırır. Buyurun , təcrübələri izləyin
https://www.youtube.com/watch?v=7lSa0zRAG-0&feature=youtu.be
https://www.youtube.com/watch?v=AbdSrUlsPdY&feature=youtu.be
https://www.youtube.com/watch?v=OpH_UDPYuOE&feature=youtu.be

Əsаs pеdаqоji аnlаyışlаrdan

Təlim - müəllimin rəhbərliyi altında bilik, bacarıq və
vərdişlər qazanmağa yönəldilmiş pedaqoji prosesdir. “Ərəbcə

“elm” kökündən əmələ gələn “təlim” - “öyrənmə”, “elmi
nəzəriyyə” mənalarında işlədilir.
Təlim iki tərəfli pеdaqоji prоsеsdir: öyrədənlə öyrənənlər
arasında qarşılıqlı fəaliyyətdir. Öyrədən şəхs təlim zamanı üç
istiqamətdə fəaliyyət göstərir:
1. Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil
еdir;
2. Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəхslərdə
şüurun, psiхikanın inkişafına diqqət yеtirir;
3. Zəruri оlan mənəvi, psixoloji kеyfiyyətlərin aşılanması
qayğısına qalır.
Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də
inkişafetdirici vəzifələri kompleks həyata keçirir.
Diferensial təlim- təhsilalanın şəxsiyyətinə yönəlmiş təlimdir.
Diferensial təlim – təlimi fərdiləşdirməyə imkan verir.
Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:
1. Təhsilalanların qabiliyyətlərinə görə (ümumi qabiliyyətlər
xüsusi qabiliyyətlər və s. ).
2. Təhsilalanların maraqlarına görə.
3. Təhsilalanların ixtisasına görə.
Diferensial təlim müxtəlif səviyyəli təlim – təhsil-tərbiyə
prosesinin elə təşkilini nəzərdə tutur ki, hər bir təhsilalanın
tədris materialını öz qabiliyyətinə və öz imkanlarına uyğun
şəkildə mənimsəmək imkanı əldə etsin

Bu halda baza bilikləri müxtəlif səviyyələrdə mənimsənilmiş

olur. Təhsilalanın təlim-idrak fəaliyyəti qiymətləndirilərkən,
onun səyi və yaradıcılığı nəzərə alınır.

Tərbiyə – «Tərbiyə» ərəb sözüdür. Bu sözün kökündə

«Rəbb” kəlməsi vardır. Mənası “Doğru yol göstərmək”, “İslah
etmək”, “Yetişdirmık”, “Ərsəyə çatdırmaq” deməkdir. «Rəbb»
Allahın 99 adından biridir. Quranda «Allah» adından sоnra ən
çох işlənən (935 dəfə) “Rəbb” kəlməsidir ki, bu da “Tərbiyə
еdən”, ”Nеmət vеrən”, “İnsanları mənəvi yüksəlişə aparan”
dеməkdir. “Mürəbbi” sözü də «Rəbb” kəlməsindən mеydana
gəlmişdir. Tərbiyə yaşlıların əldə etdiyi bilik, bacarıq və
təcürbənin yetişən gənc nəslə öyrədilməsidir. Tərbiyə
davranışın istənilən şəklə salınması üçün məqsədyönlü,
planlı, ardıcıl və fasiləsiz aparılan pedaqoji işdir.
Tərbiyənin məqsədi: Hərtərəfli inkişaf etmiş şəxsiyyət
formalaşdırmaqdır. Məqsədin aydın, dərk edilməsi pedaqoji
nəzəriyyənin yaranmasında həlledici rol oynayır. Tərbiyə
prosesində insanda əxlaqi, mənəvi keyfiyyətlər yaranır, insanda
müəyyən xarakter, səciyyə formalaşır. “Əxlaq” sözü də ərəbcə
“Xəlq” kəlməsindən əmələ gəlmişdir ki, bu da “Xarakter”,
“Səciyyə” mənalarını verir. “Məxluq” sözü də buradan
meydana gəlmişdir.
Azərbaycan xalqının milli xüsusiyyətləri, özünəməxsus
səciyyəsi, adət və ənənələri vardır. Məsələn, qonaqpərvərlik,
böyüyə hörmət, qadına hörmət, ağsaqqal sözünün, ağbirçək
sözünün eşidilməsi xalqın səciyyəvi, xarakterik xüsusiyyəti olmaqla,
həm də əxlaqi keyfiyyət hesab olunur.
“Mənəviyyat”- isə “Məna” sözündən əmələ gəlmiş
insanın mənasını, dəyərini bildirir. Şərəf, ləyaqət, düzlük və

doğruçuluq, sadəlik və təvazökarlıq, mərdlik və igidlik, dostluq
və yoldaşlıq, vətənpərvərlik, hörmət və qayğıkeşlik v. s mənəvi
zənginliklərə aiddir.

Təhsil - “Təhsil” də ərəb sözüdür. ”Hasil” sözündən

əmələ gəlmişdir. Yəni “Nəticə”, “Yekun” deməkdir. ”Təhsil” -
elm və məlumat əldə etmə, müntəzəm surətdə oxuyub –
öyrənmək sayəsində əldə edilmiş bilik, bacarıq və
təcrübənin məcmusu mənalarında işlədilir. Təlim və
tərbiyənin nəticəsində təhsil meydana gəlir.
Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiyyətin,
layiqli vətəndaşın formalaşdırılması; özünün maraqlarına və
cəmiyyətin tələbinə uyğun olaraq yaradıcı potensialından
istifadə etmək bacarığının inkişaf etdirilməsi; mütərəqqi adət və
ənənələrin davam etdirilməsi; elmin, texnikanın, mədəniyyətin
inkişaf etdirilməsi, tarixi varisliyin təmin edilməsi; dünyanın
elmi surətdə anlaşılması; etniklərarası mədəniyyətlərin inkişaf
etdirilməsi; təhsilin bütün istiqamətlərinin yeniləşdirilməsi;
insanın bütün həyatı boyu fasiləsiz təhsili; təhsilin müyəssərliyi;
distant təlimin inkişaf etdirilməsi; informasiya
texnologiyalarından geniş surətdə istifadə olunması;
təhsilalanların akademik mobilliyi; vətəndaş tərbiyəsi; pedaqoji
kadrların elmi tədqiqatçılıqda fəal iştirakı; yüksək ixtisaslı
mütəxəssis kadrlarının hazırlığının təmin edilməsi; peşə
mobilliyi və s.

MÜASİR MÜƏLLİM NƏLƏRİ BİLMƏLİDİR...

Azərbaycan Respublikası Təhsil Konsepsiyası nədir?
Milli Kurikulum nədir?
Təhsil strategiyaı nə deməkdir?
Qimətləndirmə haqqında
TƏHSİL KONSEPSİYASI -MİLLİ KURİKULUM

Yeni tədris ilində Fizika necə tədris olunmalıdır?
Mİlli Kurikulum Fizika müəllimlərindən nə tələb edir?
Fizikanın təliminin məzmunu və nəticələri nədir?
AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN FİZİKA FƏNNİ KURİKULUMU

Şagirdlər Fizikanı niyə xoşlamır?
Şagirdlərin Fizika qorxusunu necə dəf edə bilərik?
Fizikanı sevdirmək üçün şagird,müəllim və valideynlərə tövsiyələr
FİZİKANI SEVMƏYƏ NƏ ƏNGƏL OLUR ?

Yuxarı sinif şagirdlərinin dərsə davamiyyətini necə artıraq?
Dərslərimizi necə maraqlı edə bilərik?
Şagirdlər necə müəllimin dərsinə maraq göstərir?
DƏRSİ MARAQLI QURMAQ ÜÇÜN

Elektron və ya interaktiv lövhə nədir?
e-lövhənin hansı imkanları var?
e-lövhədən necə istifadə olunur?
CƏMİYYƏTDƏ İNTERAKTİV ELEKTRON LÖVHƏLƏR

Şagirdlərinizə əlavə kitab oxumağı məsləhət görürsünüzmü?
Şagird və övladımıza kitab oxuma vərdişini necə qazandıraq?
Müəllimin kitab oxuma vərdişinin qazandırılmasında müstəsna rolu
ŞAGİRDLƏRƏ KİTAB OXUMA VƏRDİŞİNİ NECƏ QAZANDIRAQ?

Həmçinin oxu:

---

Müasir təlimin prinsipləri

1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi
Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar? Bir qədər inandırıcı olmasa da elmi araşdırmalar göstərir ki, insan bütün ömrü boyu qazandığı məlumatın təxminən 70% -ni 6 yaşa qədər əldə edir. Paradoks ondan ibarətdir ki, məktəbə daxil olduqdan sonra uşağın idrak fəallığı müəyyən dərəcədə ləngiməyə başlayır. Bu nəyə görə baş verir?
İş ondadır ki, məktəbəqədər dövrdə uşaq dünyanı bir tədqiqatçı kimi dərk edir: o, suallar verir, bu suallara cavab tapmaq üçün öz imkanı dairəsində müxtəlif məlumat mənbələrindən istifadə edir və ilk növbədə öz təcrübəsinə əsaslanır. Onu əhatə edən dünyanı müstəqil dərk edərək uşaq öz maraqlarına görə fəaliyyət göstərir.
Birinci sinfə qəbul olarkən uşaq elə bir təlim mühitinə düşür ki, burada ondan adət etdiyi, təbii olan öyrənmə metodundan əl çəkmək tələb olunur. Müəllim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, təlimatlarını dəqiq yerinə yetirsin və bu təlimata aid olmayan sualları az versin. Bununla şagirdə, demək olar ki, passiv mövqe tutmaq, tətqiqatçı rolundan imtina etmək və müəllim tərəfindən verilən məlumatla kifayətlənmək təklif olunur. Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim dayanır. Məhz müəllim təlim prosesinin fəal iştirakçısı olur və şagirdə nəyi və necə dərk edilməsini diktə edir. Bunun nəticəsində şagirdin dərketmə imkanları məhdudlaşır, onun ehtiyacları, maraq və qabiliyyətləri nəzərə alınmır.
Deməli, şagirdin fəallaşması üçün ilk növbədəi, onun, bir şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməsi vacibdir. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona hörmət əsasında münasibət göstərilməlidir.
2. Fəal idrak prinsipi
Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşf etməyə yönəlir.
3. İnkişafedici təlim prinsipi
Görkəmli rus psixoloqu, müasir pedaqoji psixologiyanın banilərindən biri olan L.S.Vıqotskinin nəzəriyyəsinə görə təlim inkişafı qabaqlamalı, uşağın «qarşıdakı (yaxın) inkişaf zonasına» yönəlməlidir. Bu inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşib, onları aktuallaşdırmaq üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etmək təklif edilməlidir. Eyni zamanda, müəllim və digər böyüklər suallar verməklə onları problemin həllinə istiqamətləndirməlidirlər. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində bilik və bacarıqları əldə etmək üzrə aşkarlanan potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlməlidir. İnkişafedici təlim ilk növbədə təfəkkürü və yaradıcılığı formalaşdırmalıdır.
4. «Qabaqlayıcı təlim» prinsipi
Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini əks etdirməli və yeni nəsli yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır. Məktəb şagirdə baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda onda idraki fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır. Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi, düzğün istifadə və tətbiq etməyi öyrətməlidir.
5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi
Təlim-tərbiyə sisteminin çevikliyi ilk növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir. İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və proqramlarının məzmunu, təlim-tərbiyə prosesinin təşkili, pedaqoji texnologiyaların seçilməsi sistematik olaraq təzələnməlidir. Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin diferensiallaşmasına, şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və mənimsənilməsinə üstünlük verilir. Buna nail olmaq üçün müəllim hər bir şagirdə fərdi yanaşmağa, təlimdə müxtəlif bilik mənbələrindən və məlumatı təqdimetmə formalarından (görmə, eşitmə, hiss etmə və s. duyğulara əsaslanan) istifadə etməyə çalışmalıdır. Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq biliklərin daha çox yaradıcı və tətbiqi olmasında öz əksini tapır, şagirdlər təlim məqsədlərini qoymağa özləri cəhd edirlər.
6. Əməkdaşlıq prinsipi
«Müəllim-şagird» qarşılıqlı münasibətləri sistemində bu subyektlərin hər biri təlim prosesində tərəf müqabili kimi iştirak etməlidirlər. Əməkdaşlıq ilk növbədə təlim prosesinin kollegial və dinamik keçməsində öz əksini tapır. Əgər şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaradır: şagirdin özünə inamı artır, o öz fikrini çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləşdirir. Əməkdaşlıq prinsipi müəllimdən tələb edir ki, o, şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli, fəallaşdırıcı və ruhlandırıcı edir.
7. Dialoji təlim prinsipi
Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim prosesində bütün şagirdlərin müxtəlif nöqteyi-nəzərlərini və fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə, tədrisin məzmununu daha da zənginləşdirməyə imkan yaradır, nəticəçıxarma prosesinə müsbət təsir edir.
Bu prinsiplərin həyata keçirilməsi sagirddə səmərəli həyat fəaliyyətinin formalaşması və onun aramsız dəyişən şəraitə uyğunlaşması üçün təsiredici zəruri bacarıqların əldə olunmasına şərait yaradır. Bütün bu prinsiplərin təlim prosesində ən dolğun şəkildə tətbiqi fəal(interaktiv) təlim metodları vasitəsilə mümkündür.

Qardner nəzəriyyəsi-Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi

Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış Hovard Qardnerin nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər. Bu xüsusiyyətlərin üzə çıxması üçün onlara şərait yaradılmalıdır. Bu qabiliyyətlər aşağıdakılardır:
1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.
3. Vizual (fəza) qabiliyyət - belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.
4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.
5. Ritmik (musiqi) qabiliyyət - belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.
6. Şəxsiyyətlərarası qabiliyyət - belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər.
7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər.
8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Hər bir müəllim şagirdlərində bu qabiliyyətlərin üzə çıxarılmasına yardım etməlidir. Unutmayaq ki, müəllimin şagirdlərinə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə həm özünə, həm də müəlliminə hörmət və etibarı artırar. Gördüyünüz kimi müəllim-şagird münasibətləri çox incə və mürəkkəb məsələdir. Odur ki, işlərimizi düzgün qursaq nəticədə ölkəmizə yüksək intellekti, elmi potensialı və milli-mənəvi dəyərləri ilə seçilən, cəsarətli və vətənpərvər şagirdlər tərbiyə etmiş olacağıq.

Müəllimlərin Kommunikativ,Təşkilatçılıq,Avtoritar ,Perseptiv,Suqqestik Qabilliyyətləri

Kommunikativ qabiliyyətlər.
Bu cür pedaqoji qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və ünsiyyəti ilə bağlıdır.Kommunikativ qabiliyyətlərə konkret olaraq aşağıdakıları aid etmək olar: təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, perseptiv qabiliyyət, suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək qabiliyyəti, pedaqoji refleksiya.
Təşkilatçılıq qabiliyyətləri.
Təlim və tərbiyənin səmərəliliyi müəllimin təşkilatçılıq qabiliyyətindən çox asılıdır. Bu cür qabiliyyətlər 2 formada təzahür edir. Birincisi, şagird kollektivini təşkil etmək, möhkəmləndirmək, mühüm vəzifələrin həyata keçirilməsinə ruhlandırmaq, ona düşünülmüş səviyyədə təşəbbüs və müstəqillik verə bilmək qabiliyyəti. İkincisi, öz fəaliyyətini düzgün təşkil etmək qabiliyyətləri: səliqəlilik, işgüzarlıq, dəqiqlik, öz işini düzgün planlaşdırmaq və özünənəzarəti təşkil etmək bacarığı.
Avtoritar qabiliyyətlər.
Müəllim daima bu və ya digər cəhətdən bir-birindən fərqlənən şagirdlərlə, onların təlim tərbiyəsi ilə məşğul olur. Bu işdə müvəffəqiyyət qazanmaq onun şagirdlər arasındakı hörmətindən çox asılıdır. Belə qabiliyyətə malik olan müəllim şagirdlərə bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında onların hörmətini qazanmağı bacarır. Bu cür qabiliyyətlərin əsasını müəllimin öz fənnini mükəmməl bilməsi, onun incəliklərini şagirdlərə çatdıra bilməsi, müsbət iradi keyfiyyətləri, öz yetişdirmələrini hədsiz sevməsi, gördüyü işin doğruluğuna inam, öz əqidəsini şagirdlərinə aşılaya bilməsindən asılıdır.
Kommunikativ qabiliyyətlər.
Kommunikativ qabiliyyətlər uşaqlarla düzgün qarşılıqlı əlaqə yaratmağa imkan verir. Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, şagirdlərlə pedaqoji nöqteyi-nəzərdən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı aiddir.
Perseptiv qabiliyyətlər.
Şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir. Bu cur qabiliyyətə malik olan müəllim indiki anda şagirdin psixologiyasını, onun psixi vəziyyətini qavrayır və eləcə də anlayır, ötəri bir əlamətə, kiçicik zahiri ifadəyə əsasən şagirdin daxili aləmindəki ən cüzi dəyişiklikdən baş çıxara bilir.
Suqqestik qabiliyyət.
(latın dilindən tərcümədə ,,təlqinə əsaslanan"). Bu, şagirdlərə iradi təsir göstərmək qabiliyyəti, müəyyən tələbi irəli sürmək və onun yerinə yetirilməsinə mütləq nail olmaq qabiliyyətindən ibarətdir. Burada söhbət müəllimin sakit, şagirdləri kobudcasına sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələbini irəli sürməsi və ona nail olmasından gedir.
Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakı
funksional komponentlərə ayırmaq olar:
1) Qnostik (idraki) komponent
2) Layihələşdirici komponent
3) Konstruktiv komponent
4) Təşkilatçılıq komponenti
5) Kommunikativ (ünsiyyət) komponent
Qnostik komponentə daxildir:
təlim, təhsil-tərbiyənin
məqsədləri, tədris etdiyi fənnin məzmunu barədə biliklər, şagirdləri öyrənmək, təlim prinsiplərini və texnologiyalarını öyrənmək,
öyrədici və tərbiyəedici məşğələlər keçirmək və s.
Layihələşdirici komponent.
Uzaq məqsədləri (pespektivləri), əməliyyatları, vasitələri özündə birləşdirir; layihələşdirmə cinsi fərqlər nəzərə almaqla həyata keçirilməlidir.
Konstruktiv komponent.
Qarşıdakı məşğələni hazırlamaq üçün əməliyyatlar komplektini nəzərdə tutur
Təşkilatçılıq komponenti. Məşğələləri hazırlamaq və
keçirmək üçün əməliyyatlar komplektini nəzərdə tutur.
Kommunikativ komponent.
Şagirdlərlə qarşılıqlı ünsiyyət prosesi zamanı fəaliyyət üçün əməliyyatlar komplektini özündə birləşdirir.
Son iki komponent (kommunikativ və təşkilatçılıq
komponentləri) bir-biri ilə sıx əlaqədədirlər.
Texnologiyaların müxtəlif təsnifatları var. Onlardan ikisi –pedaqoji və psixoloji texnologiyalar xüsusilə qeyd edilməlidir.
Pedaqoji texnologiyalarda əməliyyatlar və hərəkətlər fiziki cəhətdən hiss olunur. Psixoloji texnologiyalar gizli xarakter daşıyır. Bu, konkret insanın psixikasında baş verən əməliyyatlar və hərəkətlərdir. Amma pedaqoji və psixoloji texnologiyalar arasında dəqiq sərhəddi müəyyənləşdirmək olduqca çətindir.
Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər:
1) Təlim texnologiyası
2) Tərbiyə texnologiyası
3) İnkişaf texnologiyası
4) Diaqnostika texnologiyası

FİZİKA FƏNNİNİ NECƏ SEVDİRƏK ?

Şagirdlər  arasında " sevmədiyin fənn  hansıdır?"  sorğusunu aparsaq , əminəm ki ,əksəriyyəti ilk  olaraq "fizika,kimya .." deyəcəkdir.
     Bir  fizika müəllimi  olaraq, bu  sual  məni  həmişə  düşündürüb.Niyə  şagirdlərin fizikaya  olan marağı  və  sevgisi  olduqca  zəifdir.
     Şəxsi  qənaətim  belədir:
 *Şagirdlər  arasında  əvvəlcədən səhv düşüncə  yaradılır: fizika çətindir,qəlizdir və  fizika  müəllimləri
çox  ciddidir.Əvvəlcədən  şagirdin  düşüncəsində yaranmış  fizika fənni qorxusu onu sevməyə də əngəl  olur.
*Riyaziyyat  fənnindən

SINAQ İMTAHANI VERƏCƏK MÜƏLLİMLƏRƏ KÖMƏK -KOMMUNİKATİV QABİLİYYƏTLƏR

Şəkil: SINAQ İMTAHANI VERƏCƏK MÜƏLLİMLƏRƏ KÖMƏK
KOMMUNİKATİV QABİLİYYƏTLƏR
Bu cür pedaqoji qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və ünsiyyəti ilə bağlıdır. Kommunikativ qabiliyyətlərə konkret olaraq aşağıdakıları aid etmək olar: təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, perseptiv qabiliyyət, suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək qabiliyyəti, pedaqoji refleksiya.
Təşkilatçılıq qabiliyyətləri. Təlim və tərbiyənin səmərəliliyi müəllimin təşkilatçılıq qabiliyyətindən çox asılıdır. Bu cür qabiliyyətlər 2 formada təzahür edir. Birincisi, şagird kollektivini təşkil etmək, möhkəmləndirmək, mühüm vəzifələrin həyata keçirilməsinə ruhlandırmaq, ona düşünülmüş səviyyədə təşəbbüs və müstəqillik verə bilmək qabiliyyəti. İkincisi, öz fəaliyyətini düzgün təşkil etmək qabiliyyətləri: səliqəlilik, işgüzarlıq, dəqiqlik, öz işini düzgün planlaşdırmaq və özünənəzarəti təşkil etmək bacarığı.
Avtoritar qabiliyyətlər. Müəllim daima bu və ya digər cəhətdən bir-birindən fərqlənən şagirdlərlə, onların təlim tərbiyəsi ilə məşğul olur. Bu işdə müvəffəqiyyət qazanmaq onun şagirdlər arasındakı hörmətindən çox asılıdır. Belə qabiliyyətə malik olan müəllim şagirdlərə bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında onların hörmətini qazanmağı bacarır. Bu cür qabiliyyətlərin əsasını müəllimin öz fənnini mükəmməl bilməsi, onun incəliklərini şagirdlərə çatdıra bilməsi, müsbət iradi keyfiyyətləri, öz yetişdirmələrini hədsiz sevməsi, gördüyü işin doğruluğuna inam, öz əqidəsini şagirdlərinə aşılaya bilməsindən asılıdır.
Kommunikativ qabiliyyətlər. Kommunikativ qabiliyyətlər uşaqlarla düzgün qarşılıqlı əlaqə yaratmağa imkan verir. Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, şagirdlərlə pedaqoji nöqteyi-nəzərdən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı aiddir.
Perseptiv qabiliyyətlər. Şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir. Bu cür qabiliyyətə malik olan müəllim indiki anda şagirdin psixologiyasını, onun psixi vəziyyətini qavrayır və eləcə də anlayır, ötəri bir əlamətə, kiçicik zahiri ifadəyə əsasən şagirdin daxili aləmindəki ən cüzi dəyişiklikdən baş çıxara bilir.
Suqqestik qabiliyyət. (latın dilindən tərcümədə – təlqinə əsaslanan). Bu, şagirdlərə iradi təsir göstərmək qabiliyyəti, müəyyən tələbi irəli sürmək və onun yerinə yetirilməsinə mütləq nail olmaq qabiliyyətindən ibarətdir. Burada söhbət müəllimin sakit, şagirdləri kobudcasına sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələbini irəli sürməsi və ona nail olmasından gedir.
Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakı funksional komponentlərə ayırmaq olar:
1) Qnostik (idraki) komponent
2) Layihələşdirici komponent
3) Konstruktiv komponent
4) Təşkilatçılıq komponenti
5) Kommunikativ (ünsiyyət) komponent
Qnostik komponent. Bu komponentə daxildir: təlim, təhsil-tərbiyənin məqsədləri, tədris etdiyi fənnin məzmunu barədə biliklər, şagirdləri öyrənmək, təlim prinsiplərini və texnologiyalarını öyrənmək, öyrədici və tərbiyəedici məşğələlər keçirmək və s.
Layihələşdirici komponent. Uzaq məqsədləri (pespektivləri), əməliyyatları, vasitələri özündə birləşdirir; layihələşdirmə cinsi fərqlər nəzərə almaqla həyata keçirilməlidir.
Konstruktiv komponent. Qarşıdakı məşğələni hazırlamaq üçün əməliyyatlar komplektini nəzərdə tutur.
Təşkilatçılıq komponenti. Məşğələləri hazırlamaq və keçirmək üçün əməliyyatlar komplektini nəzərdə tutur.
Kommunikativ komponent. Şagirdlərlə qarşılıqlı ünsiyyət prosesi zamanı fəaliyyət üçün əməliyyatlar komplektini özündə birləşdirir.
Son iki komponent (kommunikativ və təşkilatçılıq komponentləri) bir-biri ilə sıx əlaqədədirlər.
Texnologiyaların müxtəlif təsnifatları var. Onlardan ikisi – pedaqoji və psixoloji texnologiyalar xüsusilə qeyd edilməlidir.
Pedaqoji texnologiyalarda əməliyyatlar və hərəkətlər fiziki cəhətdən hiss olunur. Psixoloji texnologiyalar gizli xarakter daşıyır. Bu, konkret insanın psixikasında baş verən əməliyyatlar və hərəkətlərdir. Amma pedaqoji və psixoloji texnologiyalar arasında dəqiq sərhəddi müəyyənləşdirmək olduqca çətindir.
Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər:
1) Təlim texnologiyası
2) Tərbiyə texnologiyası
3) İnkişaf texnologiyası
4) Diaqnostika texnologiyası
Müəllimin sagirdlərlə ünsiyyət üslubu: avtokratik, avtoritar, demokratik, laqeyd, qeyri-sabit ünsiyyət üslubları və onların xarakteristikası. Müəllimlərin şagirdlərlə ünsiyyətlərinin səmərəliliyinə görə fərqlənmələri. Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi. Pedaqoji ünsiyyət zaınanı müəllimin mövqeyinin yeri. Müəllimin şagirdlərlə ünsiyyət prosesində özünü göstərən davranış modelləri: diktator modeli, təmassız model, fərqləndirici diqqət modeli, hiporefleks modeli, hiperrefleks modeli, dəyişməyən reaksiya modeli, avtoritar model, fəal qarşılıqlı təsir modeli.
Gənc müəllimin şagirdlərlə ünsiyyətindəki çətinliklər. Gənc müəllimlərin qarşılaşdıqları çətinliklərin xüsusiyyətləri. Çətinlikləri doğuran «psixoloji maneələr». Çətinlik və maneələrin aradan qaldırılması yolları.
Pcdaqoji fəaliyyət və ünsiyyət zamanı ınüəllimin qarşılaşdığı ümumi psixoloji çətinliklər.Çətinliklərin xarakteri və tipləri: xarici səbəblərdən irəli gələn psixoloji çətinlik, daxili səbəblərdən irəli gələn psixoloji çətinlik, xarici səbəblərdər törəmiş və xarici səbəblərlə şərtlənən psixoloji çətinliklər. Psixoloji çətinliklərin aradan qaldırılması yolları.
Müəllimin pedaqoji mərifəti, onun mahiyyəti, məzmunu və təzahür xüsusiyyətləri.
Pedaqoji ünsiyyət haqqında anlayış. Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində həyata keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılmasma yönəlmiş olur, kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin pedaqoji ünsiyyətin mahiyyəti, onun sosial-psixoloji mexanizmləri ilə dərindən tanış ohnası və şagirdlərlə birgə fəaliyyəti zamanı ondan lazımi şəkildə istifadə etməsi zəruridir.
Pedaqoji ünsiyyət ümumiyyətlə ünsiyyətin bütün xüsusiyyətlərini özündə əks etdirir. Ona görə də birinci növbədə həmin cəhətləri nəzərdən keçirək.
Sosial-psixoloji ədəbiyyatda ünsiyyətin bir-birilə sıx bağlı olan üç cəhəti qeyd edilir. Bu cəhətlərin hər biri pedaqoji ünsiyyətə də aiddir.
Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növlərini ayırmaq mümkündür: informasiya mübadiləsi, başqa adamın davranışını tənzim etmək, şəxsiyyətlərarası anlama. Tərəf müqabilliyin xarakterinə və müəllimin ünsiyyətdəki mövqeyinə görə də pedaqoji ünsiyyətin növlərini müəyyənləşdirmək mümkündür. Adətən, şagirdlərlə və valideynlərlə ünsiyyət zamanı müəllim qiymətləndirən rolunda, direktorla, dərs hissə müdiri ilə, metodistlə, inspektorla pedaqoji ünsiyyət zamanı isə qiymətləndirilən rolunda çıxış edir və buna müvafiq olaraq ünsiyyət vasitəsi də dəyişilir. Pedaqoji ünsiyyəti öz məzmununa və müəllimin şagirdə müraciət tərzinə görə də növlərə ayırmaq mümkündür. Bunlara təşkiledici, qiymətləndirici, intizam yaradan pedaqoji ünsiyyət növlərini aid etmək olar. 
MüəIiimin şagirdlərlə ünsiyyət üslubu. Müəllimin kommunikativ fəaliyyətinin öyrənilməsi göstərir ki, pedaqoji ünsiyyətin xarakteri və məzmunu müxtəlif amillərlə şərtlənir ki, bunlardan müəllimin fərdi ünsiyyət üslubu, mövqeyi, ustanovkasını xüsusi qeyd etmək lazımdır. Bunlar bir növ ünsiyyətin vasitəsi rolunu oynayırlar.
Adətən hamıda, eləcə də müəllimlərin hamısında ünsiyyət üslubu eyni olmur. Konkret bir şəxsiyyət kimi hər bir müəllimdə ünsiyyətin təşkili priyom və metodları nisbətən sabit şəkilde cəmlənir. Kommunikativ məsələni həll etməyə yönəldilmiş bu cür davamlı keyfiyyətlər fərdi ünsiyyət üslubu adlanır.
İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür rəhbərlik üslubu qeyd olunur: avtokratik, avtoritar, demokratik, laqeyd (etinasız, liberal) və qeyri-sabit (ardıcıl olmayan) rəhbərlik üslubu. Buna uyğıın olaraq pedaqoji ünsiyyətin də eyni üslubları qeyd etmək mümkündür.
Adətən, avtokratik və avtoritar rəhbərlik üslubuna malik olan müəllimlər pedaqoji ünsiyyətin təşkilində demək olar ki, eyni mövqe tuturlar. Bu cür rəhbərlik üslubuna malik olan müəllimlər şagirdlərə yalnız obyekt kimi yanaşırlar. Şagird ünsiyyətin bərabər hüquqlu tərəf müqabili kiıni qəbu! edilmir. Belə müəllimlər həmişə hökmüran olmağa çalışırJar. Onlarla ünsiyyət zamanı şagirdlər təşəbbüskarlığı itirirlər. Bu ciir iinsiyyət üslubuna rrialik olan müəllimlər ünsiyyət zamanı şag-irdlərin fərdi xüsusiyyətlərini nəzərə almır, hamı ilə eyni ünsiyyət saxlamağa can atırlar. Onlar şagirdlərin fərdi xüsu-siyyətlərini göstərsələr də, tamamilə qeyri-real model qurur, həınin fərqi olduqca şişirdir, real hesab edirlər. Şagird başqalarına nisbətən bir qədər fəal olduqda, müəllimin gözündə o iğtişaşçı kimi, bir qədər passiv olduqda isə - tənbəl, avara kimi görüniir. Belə müəllimlər üçiin neqativ ustanovka, başqa sözlə şagirdə qarşı qeyrişüuru, pis münasibət xarakterik haldır. Bu cür miiəllimlər ünsiyyətdə seçici, qiymətləndirmədə isə subyektiv olurlar. Ona görə də bu cür ünsiyyət üslubu səmərəli xarakter daşıya bilmir.
Bu sahədə tədqiqat aparan müəlliflərin əksəriyyəti ən səmərəli ünsiyyət üslubu kimi demokratik üslubu qeyd edirlər. Belə rəhbərlik üslubunda şagird subyekt kimi qavranılır. Bu cür rəhbərlik üslubuna malik olan müəllim şagird kollektivi ilə razılaşır. Qərar qəbul edərkən kollektiv və onun liderinin təklifini nəzərə alır. Məktəblilərin müstəqilliyini boğmur, şagirdlərə daima xahiş, məsləhətlə yanaşır, müsbət emosional əlaqəyə üstünlük verir.. Bu cür ünsiyyət ülslubuna malik olan müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini və şəxsi təcrübələrini, fəallıq və tələbatlarını nəzərə almağa çalışırlar. Belə müəllimlərdə neqativ ustanovka olmur və ya onu təzahür etdirmirlər.Onlar qiymətləndirmədə obyektiv, təmas yaratmaqda isə təşəbbüskardırlar. Təcrübə göstərir ki, şagirdJərlə qarşılıqlı münasibətdə pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə şagirdlər arasında olduqca səmərəli təmas yaranır. Şagirdlər bu cür müəllimlərlə ünsiyyətə daima can atır, onlardan hər cür köməklik gözləyirlər.
Laqeyd və yaxud liberal rəhbərlik üslubuna malik olan müəllimlərin şagirdlərlə ünsiyyəti də kortəbii xarakter daşıyır. Burada ünsiyyətin xarakteri müəllimin özündən deyil, şagirdlərdən asılı olur, şagirdlər tərəfindən diktə olunur. Belə müəl-lim şagirdlərin işinə qarışmamağa çalışır, özünün qətiyyətsizliyi ilə fərqlənir, neytrallığa can atır. Məqsədi yayğın xarakter daşıyır. Heç vaxt qarşıdakı məqsədi həyata keçirməyə can atmır. Ona görə də şagirdlər bu cür müəllimlə ünsiyyət zamanı öz tələbatlarını lazımi şəkildə ödəyəcəklərini güman etmirlər.
Nəhayət, qeyri-sabit, ardıcıl olmayan rəhbərlik üslubuna malik olan müəllimlərin ünsiyyət üslubu da həmin cəhəti özündə əks etdirir. Bu cür müəllimlə şagirdlər ona görə ünsiyyətə girməyə cəhd göstərmirlər ki, onun necə, hansı üslubla hərəkət edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Şübhəsiz, qeyd olunan rəhbərlik üslubunun hər biri müəllimlə şagirdlər arasındakı qarşılıqlı münasibətlərə özünəməxsus şəkildə təsir göstərəcəkdir. Şagird kollektivinin düzgün idarə olunması isə bu cür qarşılıqlı münasibətlərin səmərəliliyindən asıhdır.
Müəllimlə şagirdlərin qarşılıqlı ünsiyyəti nə qədər səmərəli olarsa, kollektivin idarə olunması, onun üzvlərinin tərbiyə işinin təşkili də bir o qədər səmərəli olacaqdır. Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri şərti olaraq 4 qrupa bölmək mümkündür.
Birinci qrupa şagirdlərlə daima ünsiyyətdə olan müəllimləri aid etmək olar. Bu cür müəllimlər təkcə dərsdə, məktəbdə, təlimlə bağlı məsələləri həll edərkən şagirdlərlə ünsiyyətdə olmaqla kifayətlənmirlər. Onların şagirdlərlə ünsiyyəti şagird həyatının bütün sahələrini əhatə edir. Bu cür ünsiyyət öz səmərəliliyi, müəllimin şagirdlərə inamı ilə fərqlənir. Həmin müəllimlər demokratik rəhbərlik üslubuna malik olurlar.
Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə ikinci qrupu şagirdlərə hörmətlə yanaşan və şagirdlərdə onlara qarşı dərin inam və etimad mövcud olan müəllimlər təşkil edir. Lakin onun şagirdlərlə qarşılıqlı ünsiyyəti ən çox təlim prosesində mövcud olur, təlimdən kənar vaxtiarda isə müxtəlif səbəblərdən bu cür ünsiyyət müntəzəm xarakter daşımır. Buna baxmayaraq bu və ya digər şagird çətinliyə düşdükdə və bunu həll edə bilmədikdə həmin müəllimə müraciət edir, bu zaman onların arasındakı ünsiyyət açıq qəlbdən və inam səviyyəsindən gedir. Həmin qrupa daxil olan müəilimlərdə demokratik rəhbərlik üslubu üstünlük təşkil edir. Bununla yanaşı olaraq ikinci qrupa daxil olan müəllimlərdə bəzən avtoritar rəhbərlik üslubu da özünü göstərir.
Şagirdlərlə qarşılıqlı ünsiyyətin xarakterinə görə üçüncü qrupa daxil olan müəllimlər əvvəlkilərdən bir sıra cəhətlərinə görə fərqlənirlər. Bu cür müəllimlər, adətən, şagirdlərlə yaxın ünsiyyət saxlamağa cəhd göstərir, bü cür ünsiyyətə can atırlar. Lakin bu cür ünsiyyətə nail ola bilmirlər. Bu cür ünsiyyətin baş tutmamasının səbəbinə gəldikdə, onlar vaxtın çatmaması üzündən öz cəhdlərini həyata keçirə bilmiriər. Ünsiyyətə cəhd göstərməsinə baxmayaraq, şagirdlər onlara inanmadıqlarına görə qarşılıqlı ünsiyyət baş tutmur. Belə müəllimlər ya həddindən artıq mentor (öyüdçü) pozası tutur, ya onlara verilən sirri saxlaya bilmir, ya da şagirdlərin hörmətini qazana bilmirlər. Ona görə də bu cür müəllimlərin şagird kollektivini idarəetmələri çətinləşir. Bu cür müəllimlər arasında avtoritar rəhbərlik üslubuna malik olanlar tez-tez özünü göstərir. Bununla yanaşı həmin qrupa daxil olan müəllimlər arasında müəyyən miqdarda demokratik və ardıcıl olmayan rəhbərlik üslubuna malik olan müəllimlərə də rast gəlmək mümkündür.
Dördüncü qrupa gəldikdə, buraya daxil olan müəllimlər şagirdlərlə çox məhdud işgüzar ünsiyyətlə kifayətlənirlər. Bu cür müəllimlər şagirdlərlə ünsiyyətə can atmadıqları kimi, dərs dedikləri şagirdlər də onlarla yaxın ünsiyyətə, ürək sözlərini deməyə, onlarla məsləhətləşməyə meyl göstərmirlər. Bu qrupa, əsasən avtokratik və etinasız rəhbərlik üslubuna malik olan müəllimlər daxil olurlar.Bu cür pedaqoji qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və ünsiyyəti ilə bağlıdır. Kommunikativ qabiliyyətlərə konkret olaraq aşağıdakıları aid etmək olar: təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, perseptiv qabiliyyət, suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək qabiliyyəti, pedaqoji refleksiya.

Dördüncü qrupa gəldikdə, buraya daxil olan müəllimlər şagirdlərlə çox məhdud işgüzar ünsiyyətlə kifayətlənirlər. Bu cür müəllimlər şagirdlərlə ünsiyyətə can atmadıqları kimi, dərs dedikləri şagirdlər də onlarla yaxın ünsiyyətə, ürək sözlərini deməyə, onlarla məsləhətləşməyə meyl göstərmirlər. Bu qrupa, əsasən avtokratik və etinasız rəhbərlik üslubuna malik olan müəllimlər daxil olurlar.