Günümüzün danılmaz reallıqları var..Olardan biri şagirdlərin dərsdə davamiyyətidir.Xüsusilə də dəqiq fənnlərdə davamiyyət
zəifliyi müşahidə olunur.
Müəllim dərsə şagird davamiyyətinin artması üçün nə etməlidir? Fənnə qaşı marağın ,bağlılığın ,xoş
həyəcanın yaradılması bir başa müəllimdən asılıdır.Fənnə qarşı
şagird marağını artıran səbəblər:
*Şagirdin dilidən anlayan müəllim olmağa çalışın, bizim vəzifəmiz
eyni zamanda layiqli şəxsiyyət yetişdirməkdir.
*Dərsi sadə dillə ,mümkün qədər az müddətdə anlatmağa çalışın,
çünki şagirdlərin diqqət konsentrasiya müddəti çox qısadır-
təxminən 15dəqiqədir.
*Dərsdə həm görülə bilən ,həm eşidilə bilən ,həm toxunula bilən
əyani vəsaitlər istifadə edin.Mövzunun öyrənilməsi zamanı şagird
5 hiss üzvündən nəqədər çox istifadə edərsə ,oqədər də mövzunu
yaxşı anlayar və gec unudar.Məktəblərimizdə artıq bu imkanlar var.
*Sizə sual vermələri üçün şagirdləri cəsarətləndrin.Hər sualı ciddi
qəbul edin və diqqətlə dinləyin. Şagirdlər sual verib ,cavab ala
bildikləri müəllimlərin dərsinə maraq göstərirlər.Gündəmi izləyin
və müasir olmağa çalışın.
*Mövzunun vacib məqamlarını şagirdlərin qeyd etməsinə fikir
verin.Bu mövzunun rahat yolla yada düşməsinə kömək edəcək.
* Şagirdləri mövzunu müzakirə etməyə təşviq edin.Bunu, suallar
hazırlayaraq 4-6 nəfərlik kiçik qrupların ixtiyarına verə
bilərsiniz.Beləcə ,ən zəif şagird belə fikrini söyləməyə cəsarət
tapacaq.
* Dərsinizdə şagirdlərin istər müxtəlif növ lövhələrdə ,dəftərlərində
yazı yazma fəaliyyətini də təmin edin.
*Sagirdlər özlərini ifadə edərkən bu ifadələri də istifadə etmələrini
onlardan istəyin:
"maraqlıdır,..." , " fərz edək ki ,...." , " öyrəndim ki,...." ,
"deməli..", " beləliklə,...." və s.
* Sonda mütləq mövzunu qısaca ümumiləşdirin və nə öyrənildiyini
xatırladın.
*Ev tapşırığını unutmayın. Çalışın daha çox yaradıcılıq ,axtarış tələb
edən tapşırıq verəsiniz. Çünki ev tapşırığını bacardığı qədər
yerinə yetirmış şagird növbəti dərsi xoş intizarla gözləyir...
|
|
|
Комментариев нет:
Отправить комментарий