Şagirdlər arasında " sevmədiyin fənn hansıdır?" sorğusunu aparsaq , əminəm ki ,əksəriyyəti ilk olaraq "fizika,kimya .." deyəcəkdir.
Bir fizika müəllimi olaraq, bu sual məni həmişə düşündürüb.Niyə şagirdlərin fizikaya olan marağı və sevgisi olduqca zəifdir.
Şəxsi qənaətim belədir:
*Şagirdlər arasında əvvəlcədən səhv düşüncə yaradılır: fizika çətindir,qəlizdir və fizika müəllimləri
çox ciddidir.Əvvəlcədən şagirdin düşüncəsində yaranmış fizika fənni qorxusu onu sevməyə də əngəl olur.
*Riyaziyyat fənnindən təməli zəif olan şagirdlər fizika fənnindən də çətinlik çəkirlər və təbii olaraq fizika fənninə olan maraq da zəifləyir.
*Fizikanı nə üçün öyrənirik sualını öz beynində cavablandia biləmiş şagird üçün fizika həmişə maraqsız olacaq.
Bir valideyn olaraq övladimızın fizika fənninə marağının olması üçün nə etməliyik :
*Valideyn biməlidir ki, bütün fənnlərin təməli ibtidai sinifdən atılır.4,5,6-cı siniflərdə keçilən fənnlərin bir çoxu fizika üçün təməl olan fənnlərdir.
*Xüsusilə də riyaziyyatdan təməlin möhkəm qoyulması övladınızın təhsil həyatının vacib şərtidir.
*Övladınızın boş vaxtının mümkün qədər təbiətdə
keçirməsinə nail olun.Bu uşaqda müşahidə etmə yə-təbiətdən öyrənməyə səbəb olacaq. Fizikanı rahat öyrənmənin əsas şərti müşahidədir.
*Fizika nizamlı şəkildə dərs öyrənməni ,təkrar etməni tələb edən fənn olduğundan ,övladınızın dərslərinə nəzarət etməlisiniz.
Комментариев нет:
Отправить комментарий