>

Fizikada möhtəşəm kəşf - Qravitasiya və ya Eynşteyn dalğaları kəşf olundu.

albert enişteyn nisbilik nəzəriyyəsi11 Fevral, 2016-cı il tarixini heç vaxt unutmayın, çünki məhz dünən bəlkə də elm dünyasının ən böyük kəşfi edildi və biz bu kəşflə eyni dövrdə yaşayan şanslı insanlardanıq! Belə ki, Einstein’in 100 il əvvəl bütün dünyanın axarını dəyişdirdiyi Ümumi Nisbilik Nəzəriyyəsində qeyd etdiyi Qravitasiya Dalğaları dünən rəsmi olaraq müşahidə edildi və onların varlığına heç bir şübhə qalmadı. Müşahidələr zamanı iki qara dəliyin toqquşması görülüb və toqquşma səsi eşidilib. Astrofiziklər qara dəliklərdən alınan siqnalların cazibə dalğalarının varlığını tam sübut etdiyini iddia edirlər.
Bu inanılmaz dərəcədə mühüm kəşfdir. Bu kəşfin əhəmiyyətini başa düşmək üçün sizə keçmişə qısa səyahət və detallı məlumat təqdim edir:
Hələ 1600-cü illərdə Nyuton Cazibə Qüvvəsinin varlığından bəhs etmişdi.Cazibə Qüvvəsi
Cazibə QüvvəsiO, Yerin və digər planetlərin, bütün kainatın bu qüvvəyə təslim olduğu idda etmişdi. Bütün bunları iddia etməsinə baxmayaraq, Nyuton əsas suallara cavab tapa bilməmişdi: Bəs bu qüvvə necə işləyir? Aralarındakı məsafənin 380 min km olduğu Ay və Yer necə belə əlaqəyə girə bilirlər? Günəş 150 milyon km uzaqlıqdan Yerin hərəkətinə necə təsir göstərə bilir? Günəş sonu olmayan bir boşluğun içində necə olur ki, bizim Dünyamıza tərəf uzanır və ona təsir göstərir?
1916-cı ildə isə Eynşteyn əsl bombanı partlatdı.albert enişteyn nisbilik nəzəriyyəsi
O, Ümumi Nisbilik Nəzəriyyəsi ilə Cazibə Qüvvəsi deyə bir şeyin olmadığını açıqladı. Cazibə Qüvvəsi hesab etdiyimiz şeylərin isə əslində kainat-zamanda olan bükülmələr olduğunu iddia etdi. Yəni, Einstein’ə görə biz insanların Yer üzərində gəzə bilməsini təmin edən şey şey, yerin cazibə qüvvəsi deyil, kainatdakı bükülmələrin bizə olan təsiridir. Einstein’ə görə heç bir şey olmayan sahədə düz şəkildə olan kainat, sahəyə hər hansı bir cisim daxil olduğu zaman əyilib-bükülür. Bu əyilmə və bükülmələr nəticəsində cazibə qüvvəsi kainatda mövcud ola bilir. Günəşin bükdüyü Kosmosda Yer öz orbitində, Yerin bükdüyü kosmosda isə Ay öz orbitində fırlanmaqdadır. Lakin, təəssüf ki, Einstein həmin dövrdə etdiyi bu fərziyyəni sübut edə bilməmişdi. Düz dünənə qədər!!!
Bu kəşfin mahiyyəti nədən ibarətdir?
Cazibə Qüvvəsi
Cazibə QüvvəsiHəyata keçirilən bu təcrübəylə bərabər artıq kosmos-zamanın büküldüyü sübut edildi və bu bükülmədən qaynaqlanan cazibə qüvvəsi dalğalarına qulaq asıldı. Bu dalğaların müşahidəsi üçün iki ədəd 205 milyon dollarlıq LIGO adlandırılan qəbuledicidən istifadə edilib. Qravitasiya dalğaları ən bəsit formada kosmos-zaman bükülməsi nəticəsində bu bükülmədən qaynaqlanan dalğalardır. Bunun sayəsində biz kainatda görə bilmədiklərimizi, eşidə biləcəyik. Bunlardan biri kimi qara dəlikləri göstərmək olar. Bir sözlə, kainat haqqında bütün bildiklərimizi yenidən formalaşdırmağımızı gərəkli edəcək dərəcədə əhəmiyyətli bir kəşfdir.
Bu kəşfin dəyərini ən yaxşı formada qara dəliklər üzərindən dərk edə bilərik.qara dəlik
Bu kəşfin nə qədər əhəmiyyətli olmasını qara dəliklər vasitəsilə dərk edə bilərik. Belə ki, qara dəliklərin varlığından xəbərdar olsaq da, onlar haqqında demək olar ki heç bir məlumat sahibi deyilik. Tək bildiyimiz şey cazibə qüvvəsi sahəsinə daxil olan ulduz, planet, hətta işıq kimi cisimlərin bu dəlik tərəfindən udulması və sonsuza qədər yox olmasıdır. İki dəliyin bir-birinə yaxınlaşaraq birləşdiyi və daha böyük qara dəlik meydana gətirdiyini də bilirdik. İki qara dəlik birləşərək daha böyük bir qara dəlik meydana gətirdiklərində, kosmos-zamanda yaratdıqları bükülmə artır və dəlik böyüdükcə də titrəşimlər başlayır. Məhz bu titrəşimlər də qravitasiya dalğası adlanır.
Xülasə, bu kəşf ona görə bu qədər böyük və mükəmməldir ki, artıq kainatın dərinliklərini kəşf etməyə çalışan fizikləri görə bilmədiklərini eşidə biləcəklər! Bu isə dünyanın yeni nizamı deməkdir.
Отправить комментарий