Bu inanılmaz dərəcədə mühüm kəşfdir. Bu kəşfin əhəmiyyətini başa düşmək üçün sizə keçmişə qısa səyahət və detallı məlumat təqdim edir:
Hələ 1600-cü illərdə Nyuton Cazibə Qüvvəsinin varlığından bəhs etmişdi.![Cazibə Qüvvəsi](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sZ2vx9WjyWnz-ls9sfJZ-727cMaejj1pAZwoh1jFvb9aiUP2H9t9KiT2BgoY5HvpjIt6heZQb1X1h6ppuQDT3Tkd56SpksLevvgnbokW3zv3EOTcSaosUz5kUKo-rKuxn5VTexIPXF0eYEPPgiFSy0-FcuJOinCYOZ-dDRPBDbc_sY8cTMI6FK7WnVveBnOs9WrI992eJWQ2wfpA=s0-d)
1916-cı ildə isə Eynşteyn əsl bombanı partlatdı.![albert enişteyn nisbilik nəzəriyyəsi](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vkxYwqJJGRyzdMKKkxnKKLZfRAMyjaJYi0fQYwZJZwHN4wYO96BlLVx3YeB9ByWuGV0X5dNvWpK0LrgjvuQMU7aR8u_sKi6oFi-riROrKDaAsBvg5bnKQ-D3_DhFvkiQNbQNv7zajQCx6TKs3RMIK1Vj0BJQrntgOSPM5zKR3BEBcIwL3w9zOeWbe-jQ-VmUJEE93gPhXVSjwi-yxbQpOyNEoatVWJH4d8ow=s0-d)
O, Ümumi Nisbilik Nəzəriyyəsi ilə Cazibə Qüvvəsi deyə bir şeyin olmadığını açıqladı. Cazibə Qüvvəsi hesab etdiyimiz şeylərin isə əslində kainat-zamanda olan bükülmələr olduğunu iddia etdi. Yəni, Einstein’ə görə biz insanların Yer üzərində gəzə bilməsini təmin edən şey şey, yerin cazibə qüvvəsi deyil, kainatdakı bükülmələrin bizə olan təsiridir. Einstein’ə görə heç bir şey olmayan sahədə düz şəkildə olan kainat, sahəyə hər hansı bir cisim daxil olduğu zaman əyilib-bükülür. Bu əyilmə və bükülmələr nəticəsində cazibə qüvvəsi kainatda mövcud ola bilir. Günəşin bükdüyü Kosmosda Yer öz orbitində, Yerin bükdüyü kosmosda isə Ay öz orbitində fırlanmaqdadır. Lakin, təəssüf ki, Einstein həmin dövrdə etdiyi bu fərziyyəni sübut edə bilməmişdi. Düz dünənə qədər!!!
Bu kəşfin mahiyyəti nədən ibarətdir?
Bu kəşfin dəyərini ən yaxşı formada qara dəliklər üzərindən dərk edə bilərik.![qara dəlik](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vt7q6zd1yYJ0r1jFVGWSmcVddN4Sm86QjdOHgNCqKSsOp4ELaFzgnHrOhStkpIoU7j32AeApJPM2lAfwdRtIVa7avjkYlsKMkrtGdj2qShF6nHs17beg4tpVefVvqrGy8ClOIhUc5PRoxoVYpb-DVGdyuf6rJxu9H69tpW2e_d6A=s0-d)
Bu kəşfin nə qədər əhəmiyyətli olmasını qara dəliklər vasitəsilə dərk edə bilərik. Belə ki, qara dəliklərin varlığından xəbərdar olsaq da, onlar haqqında demək olar ki heç bir məlumat sahibi deyilik. Tək bildiyimiz şey cazibə qüvvəsi sahəsinə daxil olan ulduz, planet, hətta işıq kimi cisimlərin bu dəlik tərəfindən udulması və sonsuza qədər yox olmasıdır. İki dəliyin bir-birinə yaxınlaşaraq birləşdiyi və daha böyük qara dəlik meydana gətirdiyini də bilirdik. İki qara dəlik birləşərək daha böyük bir qara dəlik meydana gətirdiklərində, kosmos-zamanda yaratdıqları bükülmə artır və dəlik böyüdükcə də titrəşimlər başlayır. Məhz bu titrəşimlər də qravitasiya dalğası adlanır.
Xülasə, bu kəşf ona görə bu qədər böyük və mükəmməldir ki, artıq kainatın dərinliklərini kəşf etməyə çalışan fizikləri görə bilmədiklərini eşidə biləcəklər! Bu isə dünyanın yeni nizamı deməkdir.
Комментариев нет:
Отправить комментарий