GOOGlE -də Fizika məlumatları axtarmanın üsulları



Hörmətli  fizika  müəllimləri , bildiyimiz  kimi , 6 və 7-ci sinif  şagirdlərinə mövzuya  uyğun  ev  tapşırığı  olaraq  müəyyən " adlı  layihə"lərin  işlənilməsi tapşırılır. Bu  zaman  şagirdin  müasir  öyrənmə  və  müstəqil  öyrənmə vasitələrindən istifadə  imkanı  artmış  olur. Layihəyə  uyğun  olan  məlumatların toplanmasında , təsvirlərin  seçilməsində və s.  Google  axtrış  sisteminin istifadəsi  əvəzedilməzdir .  Şagirdlərinizin  və  özünüzün  yaralana biləcəyiniz  bir  mövzuya  toxunmaq  istəyirəm. Beləliklə..
Hər  gün   milyonlarla  insan  Google-da müxtəlif  informasiyaların axtarışını  edir.Ancaq  çox  az  sayda  istifadəçi  Google-nin axtarış imkanlarını bilir  və  istifadə  edir.Google-dən  istifadə  edərək  daha  effektli  məlumat  axtarma  üsullarından  bir  neçəsini  sizə  təqdim  edəcəm.Oxuyun  , tətbiq  edin  və  yararlanın.
1.Dəqiq    ifadə   və  ya   söz    birləşməsinin  tapılması
Dəqiq    ifadə   və  ya   söz    birləşməsinin  tapılması çox sadədir!Bunun  üçün sadəcə olaraq   « » dırnaq işarəsini istifadə edin.Bununla da  , Google eynilə axtardığınız ifadə ,söz birləşməsi  və ya  söz forması olan  veb  səhifələri  axtarıb  sizə  təqdim edəcək.
Nümunə :

                    « qapalı  trayektoriyada  görülən iş »         
2. Bir  kəlməsini  unutduğunuz  sitatın   ,qanunun  və  ya  tərifin tapılması
Bu axtarış da sadədidir ! Sadəcə olaraq bir kəlməsini unutduğunuz sitatı və s   « » dırnaq  işarəsi  içində yazın  və  unutduğunuz  kəlmənin  yerinə  *  ilduz işarəsi qoyun . Beləliklə  sitat  və  s. unutduğunnuz  kəlmə  ilə  birlikkdə  Google   tərəfdən  tapılacaq.
Nümunə :
« Həyat  velosiped kimidir , * itirməmək üçün daim irəliləmək lazımdır » 
3.Bir  neçə  istənilən  sözün  tapılması 
Sizə  lazım  olan  sözlərin  Google tərəfindən  eyni  zamanda  axtarışı  üçün sadəcə  sözlər  arasına şaquli sleş-cizgi :|  qoymaq lazımdır.Bu sözlərdən istənilən biri olan sənədlər tapılıb sizə təqdim olunacaq.
Nümunə :
 fizika |   laboratoriya |   virtual
 4.Eyni  cümlədə  işlənməsini istədiyiniz  sözlərin axtarılması
Bunun  üçün  qəşəng  adı  olan operatoru  « ampersand » — &  istifadə  etməlisiniz. Əgər  sözləri  ampersand işarəsilə  birləşdirsəniz  Googl  bu   iki  sözün  birgə  işləndiyi  cümlələri  tapıb  sizə  təqdim  edəcək
Nümunə : 
Qaliley  qülləsi  & Piza
5.Axtarışdan  hansısa  sözü  ixtisar  etmək
Sadəcə olaraq  axtarışın verdiyi  nəticələrdə qarşılaşmaq  istəmədiyiniz  sözün düz  qarşısına minus  işarəsini -  qoymaq  lazımdır.
Nümunə : 

fizika  qanunları -qanunvericilik
 6. Müəyyən veb  səhifədə  hansısa  sözün  axtarışı
 Bu tipli  axtarışlarda site operatoru  istifadə  olunur.bu  birbaşa  axtarış  zamanı  müəyyən  veb  səhifəni  göstərməklə  orada  ixtiyari  sözün  axtarışını  təmin  edir .Mütləq  site: yazılışından  istifadə  etməlisiniz.
Nümunə :
7.Müəyyən formatlı sənədin  axtarışı
Szə  mime  operatoru  kömək  ola  bilər .Sadəcə  olaraq mime:  və  daha  sonra sizə  lazım  olan  pdf  və ya doc tipini yazın  
Nümunə :
Fənn  kurikulumu  təlim  materialları mime:pdf
8. Sözün  mənasının  axtarışı
 Sadəcə  olaraq  mənasını  axtardığınız  sözün  qarşısına  define: operatorunu  qeyd  etmək  lazımdır
Nümunə :
define:ətalət 
Müəllif:Aliyə Əhmədova

Google Gözlüklər Tədris Prosesində Necə İstifadə Oluna Bilər-Ətraflı buradan oxu

Комментариев нет: