MÜƏLLİMLƏRİN SINAQ QİYMƏTLƏNDİRİLMƏSİ nə deməkdir?

MÜƏLLİMLƏRİN  SINAQ  QİYMƏTLƏNDİRİLMƏSİ  İLƏ ƏN ÇOX  VERİLƏN  SUALLAR  VƏ  ONLARA  CAVAB 
12 may tarixində KİV-lərdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi ilə bağlı xəbərlər sürətlə yayıldı.
Qeyd edim ki, Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılması nəzərdə tutulub.Çoxlarını da elə bu məqamlar bir balaca karıxdırıb . Öz anladığım qədər bu  3 qiymətləndirmə istiqamətlərinə aydınlıq gətirməyə çalışam.
1.Sınaq Qiymətləndirilməsinin fənn istiqaməti - müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcəkdir.
2.Sınaq Qiymətləndirilməsinin metodika istiqaməti üzrə tapşırıqları - kurikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir.
3.
Sınaq Qiymətləndirilməsində kommunikativ qabiliyyətə dair sorğu - müəllimlərin sagirdlərlə ünsiyyət qurmaq, özünüidarə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir.

Sınaq Qiymətləndirilməsinə asanfizika.blogspot.com Veb səhifəsi ilə hazırlaşın!
Əziz müəllim həmkarlarım ,nəzərinizə çatdırım  ki, Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. Yəni ,zəif cavab vermiş müəllimlərin iş yerini itirmək kimi bir təhlükəsi yoxdur.
Qiymətləndirilməilkin olaraq Bakı şəhərinin 12 rayonu üzrə ayrı - ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcəkdir.
Sınaq Qiymətləndirilməsi ilə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sistemin yaradılmasına başlanılması nəzərdə tutulur.
Qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin peşə fəaliyyəti stimullaşdırıcı meyarlarla dəyərləndiriləcək və yeni yanaşmaya uyğun təlim proqramları hazırlanacaqdır. Bu proses, həmçinin müəllimlərin ixtisasartırılması və yenidənhazırlanması üçün əlavə imkanlar yaradacaq, ümumilikdə, təhsilin keyfiyyətinin yüksəlməsini təmin edəcək, əmək fəaliyyətinin və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaqdır.
Hörmətli fizika fənni müəllimi həmkarlarım,yeri gəlmişkən qeyd edim ki ,"Əyləncəli Fizika Kurikulumu " Veb səhifəmdə sizin bu   Sınaq Qiymətləndirilməsinə hazırlaşmanız üçün kifayət qədər resurslar vardır.Sizə Uğurlar olsun!

Комментариев нет: