SƏS İLƏ QUMUN RƏNGLİ RƏQSİ


'



      Səs dalğalarını üç yerə ayıra bilərik: infrasəslər , eşidiləbilən səslər ,ultra səslər.Səsin iki təbii xüsusiyyəti çox vacibdir: səsin şiddəti  (desibellə ölçülür ) və tezliyi (herslə ölçülür) . Baxacağınız video əslində səsin tezliklərə görə fərqləndiyinə sadə bir sübutdur...      
     Yapon musiqiçisi və şoumeni  Kenichi Kanazawa plastik

 ,rezin kimi müxtəlif cisimləri dəmir masaya müxtəlif sürətlə

 və s. sürtməklə səs yaranmasına nail olur. Yaranan səslər isə

 dəmir masa üzərinə tökülmüş rəngli qumların rəqsi 

hərəkətinə səbəb olur. Nəticədə isə gözoxşayan ,mozaik,bəzən 

simmetrik mənzərələr ortaya çıxır..
.
    Bu sadə təcrübəni siz də edin.Sizə lazım olacaq:  dəmir

 masa (binanızın həyətində var), narın qum və ya çox xırda

 rəngli muncuqlar (satışda var ) və müxtəlif rezin plastik 

 bərk toplar.

Комментариев нет: