Hörmətli fizika müəllimləri , bildiyimiz kimi , 6 və 7-ci sinif şagirdlərinə mövzuya uyğun ev tapşırığı olaraq müəyyən " adlı layihə"lərin işlənilməsi tapşırılır. Bu zaman şagirdin müasir öyrənmə və müstəqil öyrənmə vasitələrindən istifadə imkanı artmış olur. Layihəyə uyğun olan məlumatların toplanmasında , təsvirlərin seçilməsində və s. Google axtrış sisteminin istifadəsi əvəzedilməzdir . Şagirdlərinizin və özünüzün yaralana biləcəyiniz bir mövzuya toxunmaq istəyirəm. Beləliklə..
Hər gün milyonlarla insan Google-da müxtəlif informasiyaların axtarışını edir.Ancaq çox az sayda istifadəçi Google-nin axtarış imkanlarını bilir və istifadə edir.Google-dən istifadə edərək daha effektli məlumat axtarma üsullarından bir neçəsini sizə təqdim edəcəm.Oxuyun , tətbiq edin və yararlanın.
1.Dəqiq ifadə və ya söz birləşməsinin tapılması
Dəqiq ifadə və ya söz birləşməsinin tapılması çox sadədir!Bunun üçün sadəcə olaraq « » dırnaq işarəsini istifadə edin.Bununla da , Google eynilə axtardığınız ifadə ,söz birləşməsi və ya söz forması olan veb səhifələri axtarıb sizə təqdim edəcək.
Nümunə :
« qapalı trayektoriyada görülən iş »
2. Bir kəlməsini unutduğunuz sitatın ,qanunun və ya tərifin tapılması
Bu axtarış da sadədidir ! Sadəcə olaraq bir kəlməsini unutduğunuz sitatı və s « » dırnaq işarəsi içində yazın və unutduğunuz kəlmənin yerinə * ilduz işarəsi qoyun . Beləliklə sitat və s. unutduğunnuz kəlmə ilə birlikkdə Google tərəfdən tapılacaq.
Nümunə :
« Həyat velosiped kimidir , * itirməmək üçün daim irəliləmək lazımdır »
3.Bir neçə istənilən sözün tapılması
Sizə lazım olan sözlərin Google tərəfindən eyni zamanda axtarışı üçün sadəcə sözlər arasına şaquli sleş-cizgi :| qoymaq lazımdır.Bu sözlərdən istənilən biri olan sənədlər tapılıb sizə təqdim olunacaq.
Nümunə :
fizika | laboratoriya | virtual
4.Eyni cümlədə işlənməsini istədiyiniz sözlərin axtarılması
Bunun üçün qəşəng adı olan operatoru « ampersand » — & istifadə etməlisiniz. Əgər sözləri ampersand işarəsilə birləşdirsəniz Googl bu iki sözün birgə işləndiyi cümlələri tapıb sizə təqdim edəcək
Nümunə :
Qaliley qülləsi & Piza
5.Axtarışdan hansısa sözü ixtisar etmək
Sadəcə olaraq axtarışın verdiyi nəticələrdə qarşılaşmaq istəmədiyiniz sözün düz qarşısına minus işarəsini - qoymaq lazımdır.
Nümunə :
Sadəcə olaraq axtarışın verdiyi nəticələrdə qarşılaşmaq istəmədiyiniz sözün düz qarşısına minus işarəsini - qoymaq lazımdır.
Nümunə :
fizika qanunları -qanunvericilik
6. Müəyyən veb səhifədə hansısa sözün axtarışı
Bu tipli axtarışlarda site operatoru istifadə olunur.bu birbaşa axtarış zamanı müəyyən veb səhifəni göstərməklə orada ixtiyari sözün axtarışını təmin edir .Mütləq site: yazılışından istifadə etməlisiniz.
Nümunə :
7.Müəyyən formatlı sənədin axtarışı
Szə mime operatoru kömək ola bilər .Sadəcə olaraq mime: və daha sonra sizə lazım olan pdf və ya doc tipini yazın
Nümunə :
Fənn kurikulumu təlim materialları mime:pdf
8. Sözün mənasının axtarışı
Sadəcə olaraq mənasını axtardığınız sözün qarşısına define: operatorunu qeyd etmək lazımdır
Nümunə :
define:ətalət
Müəllif:Aliyə Əhmədova
Google Gözlüklər Tədris Prosesində Necə İstifadə Oluna Bilər-Ətraflı buradan oxu
Комментариев нет:
Отправить комментарий