>

Heydər Əliyev 91 il səninlə-Azərbaycan təhsili barədə müdrik kəlamlarından..

Dahi  haqqında   yazmaq  necə də cətindir ,məsuliyyətli  və şərəflidir. Qarşımdakı   “AZƏRBAYCAN 2020:GƏLƏCƏYƏ BAXIŞ" İNKİŞAF KONSEPSİYASInı vərəqləyirəm. və xəyalən 11 il öncəyə qayıdıram. Uzaqgörən  liderimiz  Heydər Əliyev bu strategiyanı biz gənclərə , ziyalılara ,təhsil işçilərinə ,hər kəsə  öz sağlığında  ikən aşılamağı bacardı. Təhsil sahəsini  xüsusilə diqqətdə saxlayan Ümummilli Liderimiz Heydər Əliyev haqqında  məqaləmi  elə onun özünün  təhsil  haqqda  dedikləri  uzaqgörən fikirləri -müdrik kəlamları ilə bəzəmək qərarına gəldim.Heydər Əliyev haqqında ən gözəl kəlmələr  elə onun öz kəlmələridir.
“Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”

“Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”
 “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”
“Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.
“İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin şüurlu üzvü olacaqdır”
 “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər... Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”
 “Milli ideоlоgiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çоx ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər”
 “Təhsil оcaqlarında gənc­lərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.
“Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi оlmadan mükəmməl tərbiyə оla bilməz, çünki bu prоses kоmpleks bir prоsesdir və оnun səmərəliliyini valideynlərlə pedaqоqların birgə səyi ilə yüksəltmək lazımdır”
  “Bu gün biz Azərbaycanda bütün təhsilin – orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır”
 “İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin”
“Təhsilin özündə aparılan islahatlar çox vacibdir ... Mənim sizə tövsiyəm ondan ibarət olar ki, islahatları düşünülmüş qaydada apa­rasınız, formalizmə yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz. Bunlar, həqiqətən, həm Azərbaycan təhsilini dünyanın inkişaf etmiş ölkələrinin təhsili səviyyəsinə ardıcıl surətdə çatdırsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın”
 “Təhsil çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara ... yer ola bilməz ... Çalışmaq lazımdır ki, islahat islahatlar naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın”
 “Təhsil millətin gələcəyidir”   
deyən Ümummilli liderimiz elə müasir Azərbaycanın milli təhsilinin qurucusudur!
 Ümumimilli  lider  Heydər Əliyevin anadan olmasının  9 1 illiyinə  həsr olunmuş “İnteraktiv texnologiyalar və müasir təhsil - 2014beynəlxalq  elmi-praktik  konfransındakı çıxış  və məruzələr bir daha sübut edir ki , təhsil  strategiyamız  doğru  hədəflənmişdir.

Müəllif : Aliyə Əhmədova Fərman qızı
   Bu məqaləni də oxu:                         Heydər Əliyev  Azərbaycan təhsilinin qurucusudur!
Отправить комментарий