Bir fizika müəllimi olaraq, bu sual məni həmişə düşündürüb.Niyə şagirdlərin fizikaya olan marağı və sevgisi olduqca zəifdir.
Şəxsi qənaətim belədir:
*Şagirdlər arasında əvvəlcədən səhv düşüncə yaradılır: fizika çətindir,qəlizdir və fizika müəllimləri
çox ciddidir.Əvvəlcədən şagirdin düşüncəsində yaranmış fizika fənni qorxusu onu sevməyə də əngəl olur.
*Riyaziyyat fənnindən
təməli zəif olan şagirdlər fizika fənnindən də çətinlik çəkirlər və təbii olaraq fizika fənninə olan maraq da zəifləyir.
təməli zəif olan şagirdlər fizika fənnindən də çətinlik çəkirlər və təbii olaraq fizika fənninə olan maraq da zəifləyir.
*Fizikanı nə üçün öyrənirik sualını öz beynində cavablandia biləmiş şagird üçün fizika həmişə maraqsız olacaq.
Bir valideyn olaraq övladimızın fizika fənninə marağının olması üçün nə etməliyik :
*Valideyn biməlidir ki, bütün fənnlərin təməli ibtidai sinifdən atılır.4,5,6-cı siniflərdə keçilən fənnlərin bir çoxu fizika üçün təməl olan fənnlərdir.
*Xüsusilə də riyaziyyatdan təməlin möhkəm qoyulması övladınızın təhsil həyatının vacib şərtidir.
*Övladınızın boş vaxtının mümkün qədər təbiətdə
keçirməsinə nail olun.Bu uşaqda müşahidə etmə yə-təbiətdən öyrənməyə səbəb olacaq. Fizikanı rahat öyrənmənin əsas şərti müşahidədir.
*Fizika nizamlı şəkildə dərs öyrənməni ,təkrar etməni tələb edən fənn olduğundan ,övladınızın dərslərinə nəzarət etməlisiniz.