H Ə Y A T D A U Ğ U R L U O L M A Q Ü Ç Ü N


   Evdən  çıxırsan .Gedəcəyin  yerə  qədər qulaqcıqla  mahnıya  qulaq  asırsan, gözünü isə cib telefonundan ayıra bilmirsən...Sənin  ətrafı öyrənməli , hadisələri izləməli, baxıb-görməli  vaxtındır. Başını  qaldır, qamətini düzəlt.
Bu həm sənin  sağlamlığın, həm də gələcəyin üçün vacibdir Dərslərində özüməməxsus uğurlarının olmasını istəyirsənsə aktiv ,müşahidəçi  və özunə inamlı olmalısan. Uca Yaradan hər bəndəsinə inanilmaz imkanlar-potensial  verib. Nə demək istəyirəm ?  TV-də sevdiyin verilişə  mütləq  baxmalısan ? Bax! Ancaq divanda əyləşmə, idman hərəkətləri edə-edə də tv-ni izləyə bilərsən.
Yüngül idman hərəkətlətindən sonra xoş bir yorgunluq yaranır, qanda adrenalinin yaranması ilə həyat eşqiniz də artacaq Qurmaq,yaratmaq və öyrənmək...
  Evdən çıxanda ətrafını mütləq  müşahidə et!  Hava buludludur, otlar şehlidir, gölməçələr  buz  baglayıb vəs. Müşahidə et və gördüklərini özlüyündə  izah etməyə  çalış.
  Ətrafında gördüklərini anlamağa başladıqca özünə inamın da yüksələcək.Dostlarının  əhatəsində savadlı  fikirlər  səsləndirmək, hərtərəfli inkişaf etməkdə  olan  yeniyetmə ,gənc  imicini yarada bilmək sənə qürur hissi gətirəcək.
  Unutma,  aktiv  həyat tərzin , müşahidəçi  və araşdırmaçı  olmağın öz  əlindədir. Bular səndə  özünə  inam  yaradacaq və  davamlı uğurlar gətirəcək!

Bill Qeytsin yuxarı sinif şagirdləri ilə görüşdə verdiyi tövsiyyələr :
1) Həyat ədalətsizdir. Bu fakta indidən alışın.
2) Sənin kef-əhvalın, heysiyyətın dünyanın heç vecinə də deyil. Hisslərinin dünyanın vecinə olması üçün o əvvəlcə səndən nailiyyətlər gözləyir.
3) Məktəbi qurtardıqdan dərhal sonra sizə 40000 dollarlıq maaş verəcəkləri ehtimalı çox azdır. Əziyyət çəkməsən limuzinlə, şəxsi sürücüylə bir şirkət sahibi olmayacaqsan.
4) Əgər düşünürsən ki, müəllimin çox ciddi və sərtdir, darıxma - bossla tanışlığını gözlə. Müəllimdən fərqli olaraq bossun karyerası sənin tapşırıqları necə yetirməyindən asılıdır.
5) Makdonaldsda burger qızartmaq - sənin mənliyini alçaltmaz. Sənin babaların istənilən - hətta bu işi də “əla iş” sayardılar.
6) Bütün uğursuzluqlarında dərhal valideynlərini günahlandırmağa tələsmə. Uğursuzluqlarından nəsə öyrən.
7) Sənin məktəbin qalib və məğlub şagirdlər arasında seçimə son qoyub. Həyat isə - YOX. Məktəbdə sənə istənilən qədər test verə bilərlər, təki sən cavab verib, qiymət alasan. Real həyatda isə səni bunlar gözləməyəcək.
8) Həyat semestrlərə bölünməyib, orada yay tətilləri yoxdur. Çox az işə-götürən sənə öz “mən”ini tapmaqda yardım edər. Bunları sən öz şəxsi vaxtlarında tapmalısan.
9) Real həyatı televizorda göstərilənlərlə qarışdırma. Real həyatda insanlar vaxtının çoxunu kafedə yox, iş yerində keçirirlər.
10) “Eynəkli botanik” adlandırdığın dostlarla yaxşı münasibət qur. Böyük ehtimalla onlar sənin bossun olacaq...


                              




Комментариев нет: