>

Fəxrimiz - Dünyada tanınmış elmi uğurlarımız





Azərbaycan elmini dünyada tanıdan əsas elmi

        uğurlarını belə ümumiləşdirmək olar:

1. Neftçıxarma sahəsində yeni istiqamət olan radiotexnologiyanın tətbiq olunması; 

2. Reaktiv mühərriklər üçün yeni növ yanacağın kəşfi;

3. Davamlı inkişafın məqsədi olan ekoloji sivilizasiya (EcoCivil) konsepsiyası;


4. Təbaşir molyuska faunasının  kompleksləri barədə təlim;

5. Etil spirti molekulasının trans-kontormerinin fırlanma spektrini ilk dəfə olaraq müəyyənləşdirilməsi;

6. Yüksək molekulyar sistemlərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və 
molekulyar proseslər tədqiq edilməsi;

7. On iki üzvlü tsikllərin konformasion analizinin öyrənilməsi;

8. Güclü qeyri-xətti laylı Gase kristallarında hadisələrin tədqiqi:

9. Koherent sinxronlaşmış kimyəvi və biokimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsi;

10. Yarımkeçiricilərin tədqiqinin elektromaqnit dağılmaz metodları;

11. İnformasiya emalının akustooptik metodları; 

12. Mülki aviasiyanın hava gəmilərində uçuşların təhlükəsizliyi problemlərinin elmi əsasları;

13. Fenolların və aminlərin kükürdlü törəmələrinin antioksidant təsir mexanizminin müəyyən edilməsi;

14. Fasiləsiz işləyən texnoloji proseslərin və istehsalatların riyazi modelləşdirilməsi və optimal idarə edilməsinin metodoloji əsasları ;

15. Nitrobirləşmələrin və üzvi turşuların keçid elementləri ilə qarışıq komplekslərinin alınma mümkünlüyünü kəşfi;

16. Qeyri stasionar katalitik proseslərin modelləşdirilməsi və optimallaşdırılması nəzəriyyəsi və prinsipləri;

17. İnsanda qastroduodenal qanaxmalarda ilk dəfə iynəsiz inyektorun tətbiqi,

18. Hipertoniya və hipotoniya xəstəliklərinin uşaqlarda və yeniyetmələrdə təsnifatı;

19. Türk dillərinin məntiqi tipinin yaradılması ideyası

Отправить комментарий