Azərbaycan Milli Elimlər Akademiyasi və Təhsil Nazirliyinin birgə layihəsi olan "Əyləncəli Elm " pilot layihə ilk olaraq mart ayının 1-də Şamaxıda keçirilib.Astrofizaka rəsədxanasında baş tutan görüşdə məktəblilər iştirak edib. Rəsədxanada olan məktəblilər ilk öncə təcrübəli gənc alim və mütəxəssislərlə görüşüblər.AMEA -nın Fizika və Kİmya Problemləri institutlarının gənc alimləri əyləncəli təcrübələr nümayiş etdirmış və izahını da vermışlər. Verilən məlumatlar şagirdlərin böyük marağına səbəb olmuş ,çoxsaylı suallar cavablandırıllmışdır
Ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Fizika” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
12.02.2014 tarixində ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Fizika” dərslik komplektinin müzakirəsi olmuşdur. Dərslik komplektinin həmmüəllifi Rasim Abdurazaqov səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir. Növbəti seminarda (19 fevral 2014-cü il tarixdə, saat 10:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Fizika” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.