Fizikadan bildiklərinizi rahat,həyacanlanmadan ,əyləncəli şəkildə yoxlamaq istəyirsinzsə.. bunu müxtəlif üsullarla edə bilərsiniz.Sizə maraqlı ,sadə ,cavabı rahat olan  pazzlar , krossvordlar , online  və interaktiv oyunlar təqdim edirəm. Şagird ,tələbə ,müəllim ,elə valideynin  özü də bu öyrədici və rəngarəng oyunlara biganə qala bilməyəcək. Oyundur deyib keçməyin.Bunlar həm sınaq ,həm öyrədici ,həm araşdırıcı ,həm tətbiq edici fizika zəka oyunlarıdır.






Fizika təbiəti öyrənir deyənlərdənsinizsə ,fizikadan maraqlı məqamları ,xəbərləri ,pullu fizikləri ,fizika təcrübə animasiyalarını,həyatımızı hansı düsturların idarə etdiyini,niyə belə enerjili olduğunu və daha nələri -nələri diqqətinizə çatdırıram.
 Fizikadan bu maraqlı faktları bəlkə də hələ eşitməmisiniz.






6-cı sinfə çatıb Fizika qorxusu yaşayan şagirdsən,yoxsa ,gələcək hədəflərini müəyyən edə bilməyən şagirdsən ,bəlkə də həyatda uğurlu olmanın sirlərini axtaran balaca fiziksən .Bilirsənmi , fizika müşahidədən başlayır ,ingilis dilini  öyrənməyinin fizika öyrənməyinə də xeyri olacaq?! Elə isə Virtual Laboratoriya fizika lətifələri ilə birlikdə sənin ixtiyarındadır







Milli Kurikulumun mahiyyətini araşdırıb ,Fizika kurikulumunun verəcəyi faydaları analiz etmək istəyirsiniz-rəsmi sənəd burada! Fizikaya aid hər şey- düsturlar ,kəmiyyətlər ,vahidlər , əsl fiziklərin bildiyi  yunan əlifbası  əl altında hazırdır.Dünyada tanınmış elmi uğurlarımızı hamıya fəxrlə bəyan edə bilərsinz





Fizikaya aid videoçarxlar.Fizikanın tarixini 4-cə dəqiqəyə görəcəksiniz .Sonra Eynşteynin öz orijinal səsi ilə E=mc2 düsturunun şərhini dinlə.Bilrdinizmi ,dünyamızı 7 düstur idarə edir ? Maraqlıdır qum özü necə rəqs edə bilər?Bunu fizika tarixini yaradan məhşur fiziklərdən soruşmaq lazımdır.NASA Ay atmosferinə çıxıb ,sıfır cazibədə kofe fincanı tapıblar.Çinlilər kosmosdan canlı dərs verir ,biz isə hələ yumurtanı butulkaya necə salacağımızı öyrədirik.Ümid var , çünki uçdu göylərə bizim peykimiz.. Azerspace artıq gəlir gətirir..





Fizika dərsiniz ,təqdimatınız və s. üçün e-resurs adında bir çox məlumat . Günəş sisreminin fəaliyyətdə olan real 2
ölçülü modeli , .kainatımızda ölçü anlayışı sizdə marağa səbəb olacaq.3D animasiyalar ,interaktiv sınaqlar , düsturlar siyahısı .Görəsən fiziklərin şəkillərini niyə pul əskinasları üzərinə həkk ediblər?

Комментариев нет: