VI SINIF FİZİKA KURİKULUMU

VI sinif

VI sinfin sonunda şagird:


• hadisələri (mexaniki, istilik, elektrik) fərqləndirir, onlara dair sadə məsələlər həll edir;
• materiyanın formalarını fərqləndirir, maddələrin aqreqat hallarını izah edir və sadə məsələlər həll edir;
• təbiətdəki əlaqəli sistemləri fərqləndirir və qarşılıqlı təsirə dair müşahidələrini izah edir;
• sadə təcrübələr aparır və ölçü cihazlarından təhlükəsiz istifadə edir;
• fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir;
• fizika elminin inkişafında dünya alimlərinin roluna dair məlumatları təqdim edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.


Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Mexaniki, istilik, elektromaqnit hadisələrini fərqləndirir. 
1.1.2. Müxtəlif xarakterli fiziki hadisələrə dair sadə məsələlər həll edir.
1.1.3. Hərəkəti növlərinə görə qruplaşdırır.
1.1.4. Müxtəlif xarakterli təbiət hadisələrinə dair müşahidələrini təqdim edir.

2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.

Şagird:
2.1. Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir
2.1.1. Maddələri quruluşuna (aqreqat hallarına) görə fərqləndirir.
2.1.2. Materiyanın formalarını fərqləndirir.
2.1.3. Materiyanın formalarına dair müşahidələrini sadə şəkildə təqdim edir.
2.1.4. Maddələrin quruluşuna (aqreqat hallarına) dair sadə məsələlər həll edir.

2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemləri və qarşılıqlı təsirləri fərqləndirir.
2.2.2. Təbiətdəki qarşılıqlı təsirə dair müşahidələrini təqdim edir.

3. Eksperimental fizika və müasir həyat.

Şagird:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. Sadə ölçü cihazlarından istifadə edir.
3.1.2. Sadə təcrübələr aparır, nəticələrini təqdim edir.

3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1. İş prinsipi fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir.
3.2.2. Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumatı təqdim edir.

Комментариев нет: