Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT


Azərbaycan Respublikası təhsil nazirinin
2 sentyabr 2013-cü il tarixli 792 nömrəli
əmri ilə təsdiq edilmişdir
Bu müvəqqəti Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin"Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında 3 iyun 2010-cu il tarixli 103nömrəli və "Azərbaycan Respublikasınınümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasınıntəsdiq edilməsi haqqında" 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarlarının icrasını təmin etmək məqsədilə tətbiq edilir.
1. ümumi müddəalar
1.1. Ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur.
1.2. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir.
2. Diaqnostik qiymətləndirmə
2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində təhsilalanlarınbilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır.
2.2. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir.
2.3. Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, təhsilalan haqqında müvafiq yazılı qeydlər təhsilalanın portfoliosunda saxlanılır.
3. Formativ qiymətləndirmə
3.1. Formativ qiymətləndirmənin məqsədi təhsilalanın təlim prosesində məzmun standartlarındanirəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir.
3.2. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil.
3.3. Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görəaparılır.
3.4. Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər.
3.5. Müəllim təhsilalanın fəaliyyətininnəticəsini "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikə uyğun olaraq rum rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli kitabçası"nda isə sözlərlə yazır.
3.6. "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin məzmunu və şagirdin formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır.
3.7. Müəllim yarımillərin sonunda"Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.
4. Summativ qiymətləndirmə
4.1. Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır.
4.2. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
4.3. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.
4.4. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir.
4.5. Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
4.6. Şagirdlərin kiçik və böyük summativ qiymətləndirmələrinin nəticələri illik qiymətlərinin hesablanmasındanəzərə alınır.
4.7. Kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə vaxtı illik planlaşdırmada nəzərdə tutulur.
4.8. Kiçik və böyük summativ qiymətləndirmə vasitələri qiymətləndirmə standartlarınındörd mürəkkəblik səviyyəsinə uyğun olaraq 1-4-cü səviyyələrdə (20%-i 1-ci, 30%-i 2-ci, 30%-i 3-cü və 20%-i 4-cü səviyyəyə aid olmaqla) hazırlanır.
4.9. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün kiçik summativ qiymətləndirmədə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində "q"(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti kiçik summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsi məxrəcdə qeyd edilir.
4.10. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul olunur.
4.11. Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir. Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul edilir.
4.12. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.
4.13. Şagirdin yarımillik qiyməti yarımil ərzində keçirilən kiçik summativ qiymətləndirmələrin yekunnəticələrinin 40%-i ilə, yarımillik sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsinin 60%-nin cəmi əsasında aşağıdakı düsturla çıxarılır:
Y=(ksq1+ksq2+... ksqn)/n*0,4+ BSQ*0,6
Burada, Y- şagirdin 1-ci və ya 2-ci yarımil üzrə qiymətini;
- kiçik summativ qiymətləndirmələrinnəticələrini;
BSQ - yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.
Şagirdin yarımillik qiyməti çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq edilir.
4.14. Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanılır:
Burada: Y1 - 1-ci yarımil üzrə qiyməti,Y2 - 2-ci yarımil üzrə qiyməti göstərir.
4.15. Şagirdin qiyməti düzgün cavabların maksimum bala nisbəti iləfaiz göstəricisinə uyğun müəyyənləşdirilir:
№ Şagirdin yerinə yetirdiyi tapşırıqların faizlə miqdarı Şagirdin qiyməti
1 [0% - 40%] 2 (qeyri-kafi)
2 (40% - 60%] 3 (kafi)
3 (60% - 80%] 4 (yaxşı)
4 (80% - 100%] 5 (əla)

Комментариев нет: