Ağac liflərdən nanobatareyalar
ABŞ-ın Merilend Universitetinin dosenti Lianbinq Xu maraqlı açıqlamalarla günəmə gəlib. "Təbiətə baxdım ,ağac liflərinin quruluşundan ilham aldım.Ağac lifləri ağac üçün lazım olan mineral maddələri toplayır ,saxlayır ,maddələr mübadiləsində iştirak edir.Düşünürəm ki, eyni ilə ağac lifləri maye elektrolitləri də kifayət qədər etibarlı şəkildə saxlaya , uzun müddət mühafizə edə bilər.Ağac lifləri akkumlyatorların baza hissəsi yox , məhz aktiv hissəsi olacaq."
Beləliklə,ağac liflərindən ilham almış Merilend ştatının alimləri qalayla örtülmüş agac liflərindən nanobatareya hazırlamağa müvəffəq olmuşlar.Bu növ nanobatareyalar uzunömürlü , effektli ,ekoloji təmiz enerji mənbəsi olmağa zəmanət verir. Hətta hesablamalarl görə bu nano batareyalar adi vərəqdən 1000 dəfə nazik olacaq.
Zarafatla qeyd edim ki , qalayla örtülmüş ağac lifli nanobatareyanı evinizdə hazılamağa cəhd etməyin; batareyanın komponentlərini Merilend Universitetinin alimləri hələ sınaq və yoxlamalardan keçirir.Bu nanobatareyaların hazırlanmasında natrium əvəzinə -ekoloji təhlükəsizliyi təmin edəcək litiumdan istifadə olunması nəzərdə tutulub.Natriumdan fərqli olaraq litiumun enerjini yüksək effektlə mühafizə edəcək.
Gələcəkdə mobil telefonlarınızda böyük miqdarda enerji saxlama qabiliyyəti olan ekologiya dostu nano batareyaları görsəniz heç təccüblənməyin. Ölçmələr göstərir ki ,Bu nanobatareyaların enerjini saxlama qabiliyyəti Günəş enejisi elektrik stansiyalarınkı ilə müqayisə oluna bilər.
Maraqlı açıqlamalar bitmək bilmir :ağac lifli nanobatareyalar 400 dəfə yükləməni əvəz edəcək qədər ekonomik olmaqla həmdə cibimizin dostu olcaq.
Комментариев нет:
Отправить комментарий