Bir uşağın, şagirdin,yeniyetmənin hədəfi , məqsədi nə ola bilər?
Dərslərində uğurlu olmaq ,müsabibiqə ,yarış ,turnir və
olimpiadalara qatılmaq , qalib olmaq , üçrəngli bayrağımızı zirvələrdə dalğalandırmaq , valideyin və müəllimlərinin fəxri olmaq...
Xalqımızın mənafeyi naminə sənə məqsəd və hədəflərində uğurlu olmaq üçün məsləhətlərim var:
*İlk olaraq hədəfinin nə olduğunu dəqiqləşdir.
*hədəfinə çatmaq üçün etməli olacaqlarının siyahısını tut.
*siyahını -planını sadə tut.
*hədəfinə çatmaq üçün vaxt aparan lazımsız işləri təxirə sal.
*tutduğun siyahıdakı bəndləri bir -bir həyata keçir.
*bütün varlığınla hədəfinə sadiq ol və tənbəllik etmə.
*məqsədinlə əlaqəli olacaq hər şeylə maraqlan və soruşub öyrənməkdən utanma.
* qarşına çıxacaq maneələr səni hədəfindən yayındırmasın.
*əngəlləri dəf etdikcə özünə olan inamın da artacaq.
*kiçik uğurlara görə eşidəcəyin təriflər işini axsatmasın..
*kiçik uğursuzluqların səni hədəfindən uzaqlaşdırmasin..
*daim iradəni topla ,məqsədinə çatacağin günü gözlərində canlandır.
*ani və düşünülməmiş qərarlar vermə.
* həmişə dinlə ,sonra soruş.
*böyüklərin məsləhətinə də qulaq ver.
*ümidli ol..,sakit ol...,səbr et..və uğurunu qeyd edə bilərsən!
Onlar bacardılar...
|
MƏQSƏDİMƏ NECƏ ÇATIM ?
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий