Azərbaycan Milli Elimlər Akademiyasi və Təhsil Nazirliyinin birgə layihəsi olan-"Əyləncəli Elm "

                                                 
 Azərbaycan Milli Elimlər Akademiyasi  və Təhsil Nazirliyinin birgə layihəsi olan "Əyləncəli Elm " pilot layihə ilk  olaraq mart ayının 1-də Şamaxıda keçirilib.Astrofizaka rəsədxanasında baş tutan görüşdə məktəblilər iştirak edib. Rəsədxanada olan məktəblilər ilk öncə təcrübəli gənc alim və mütəxəssislərlə görüşüblər.AMEA -nın Fizika və Kİmya Problemləri institutlarının gənc alimləri əyləncəli təcrübələr nümayiş etdirmış və izahını da vermışlər. Verilən məlumatlar şagirdlərin böyük marağına səbəb olmuş ,çoxsaylı suallar cavablandırıllmışdır                                                                
Ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Fizika” dərslik       komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar                                                        haqqında məlumat
12.02.2014  tarixində  ümumtəhsil  məktəblərinin  6-cı  siniflərində  istifadədə  olan  “Fizika”  dərslik  komplektinin müzakirəsi olmuşdur. Dərslik  komplektinin  həmmüəllifi  Rasim  Abdurazaqov  səsləndirilmiş  fikirlərə  münasibət bildirmiş və  sualları  cavablandırmışdır.Dərslik  komplekti  məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların  məzmuna  uyğunluğu və “Müəllim üçün metodik vəsait”in  məzmununun  işlənməsi  baxımından müzakirə edilmişdir. Növbəti seminarda (19 fevral 2014-cü il tarixdə, saat 10:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri  üçün  “Fizika”  dərslik  komplektinin  müzakirəsi  davam  etdiriləcəkdir.