Müasir təlimin prinsipləri


1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi
Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar? Bir qədər inandırıcı olmasa da elmi araşdırmalar göstərir ki, insan bütün ömrü boyu qazandığı məlumatın təxminən 70% -ni 6 yaşa qədər əldə edir. Paradoks ondan ibarətdir ki, məktəbə daxil olduqdan sonra uşağın idrak fəallığı müəyyən dərəcədə ləngiməyə başlayır. Bu nəyə görə baş verir?
İş ondadır ki, məktəbəqədər dövrdə uşaq dünyanı bir tədqiqatçı kimi dərk edir: o, suallar verir, bu suallara cavab tapmaq üçün öz imkanı dairəsində müxtəlif məlumat mənbələrindən istifadə edir və ilk növbədə öz təcrübəsinə əsaslanır. Onu əhatə edən dünyanı müstəqil dərk edərək uşaq öz maraqlarına görə fəaliyyət göstərir.
Birinci sinfə qəbul olarkən uşaq elə bir təlim mühitinə düşür ki, burada ondan adət etdiyi, təbii olan öyrənmə metodundan əl çəkmək tələb olunur. Müəllim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, təlimatlarını dəqiq yerinə yetirsin və bu təlimata aid olmayan sualları az versin. Bununla şagirdə, demək olar ki, passiv mövqe tutmaq, tətqiqatçı rolundan imtina etmək və müəllim tərəfindən verilən məlumatla kifayətlənmək təklif olunur. Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim dayanır. Məhz müəllim təlim prosesinin fəal iştirakçısı olur və şagirdə nəyi və necə dərk edilməsini diktə edir. Bunun nəticəsində şagirdin dərketmə imkanları məhdudlaşır, onun ehtiyacları, maraq və qabiliyyətləri nəzərə alınmır.
Deməli, şagirdin fəallaşması üçün ilk növbədəi, onun, bir şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməsi vacibdir. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona hörmət əsasında münasibət göstərilməlidir.
2. Fəal idrak prinsipi
Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşf etməyə yönəlir.
3. İnkişafedici təlim prinsipi
Görkəmli rus psixoloqu, müasir pedaqoji psixologiyanın banilərindən biri olan L.S.Vıqotskinin nəzəriyyəsinə görə təlim inkişafı qabaqlamalı, uşağın «qarşıdakı (yaxın) inkişaf zonasına» yönəlməlidir. Bu inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşib, onları aktuallaşdırmaq üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etmək təklif edilməlidir. Eyni zamanda, müəllim və digər böyüklər suallar verməklə onları problemin həllinə istiqamətləndirməlidirlər. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində bilik və bacarıqları əldə etmək üzrə aşkarlanan potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlməlidir. İnkişafedici təlim ilk növbədə təfəkkürü və yaradıcılığı formalaşdırmalıdır.
4. «Qabaqlayıcı təlim» prinsipi
Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini əks etdirməli və yeni nəsli yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır. Məktəb şagirdə baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda onda idraki fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır. Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi, düzğün istifadə və tətbiq etməyi öyrətməlidir.
5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi
Təlim-tərbiyə sisteminin çevikliyi ilk növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir. İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və proqramlarının məzmunu, təlim-tərbiyə prosesinin təşkili, pedaqoji texnologiyaların seçilməsi sistematik olaraq təzələnməlidir. Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin diferensiallaşmasına, şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və mənimsənilməsinə üstünlük verilir. Buna nail olmaq üçün müəllim hər bir şagirdə fərdi yanaşmağa, təlimdə müxtəlif bilik mənbələrindən və məlumatı təqdimetmə formalarından (görmə, eşitmə, hiss etmə və s. duyğulara əsaslanan) istifadə etməyə çalışmalıdır. Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq biliklərin daha çox yaradıcı və tətbiqi olmasında öz əksini tapır, şagirdlər təlim məqsədlərini qoymağa özləri cəhd edirlər.
6. Əməkdaşlıq prinsipi
«Müəllim-şagird» qarşılıqlı münasibətləri sistemində bu subyektlərin hər biri təlim prosesində tərəf müqabili kimi iştirak etməlidirlər. Əməkdaşlıq ilk növbədə təlim prosesinin kollegial və dinamik keçməsində öz əksini tapır. Əgər şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaradır: şagirdin özünə inamı artır, o öz fikrini çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləşdirir. Əməkdaşlıq prinsipi müəllimdən tələb edir ki, o, şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli, fəallaşdırıcı və ruhlandırıcı edir.
7. Dialoji təlim prinsipi
Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim prosesində bütün şagirdlərin müxtəlif nöqteyi-nəzərlərini və fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə, tədrisin məzmununu daha da zənginləşdirməyə imkan yaradır, nəticəçıxarma prosesinə müsbət təsir edir.
Bu prinsiplərin həyata keçirilməsi sagirddə səmərəli həyat fəaliyyətinin formalaşması və onun aramsız dəyişən şəraitə uyğunlaşması üçün təsiredici zəruri bacarıqların əldə olunmasına şərait yaradır. Bütün bu prinsiplərin təlim prosesində ən dolğun şəkildə tətbiqi fəal(interaktiv) təlim metodları vasitəsilə mümkündür.

Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə ən çox verilən suallar

Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə ən çox verilən suallar

• Sual: Sınaq Qiymətləndirmədə kimlər iştirak edəcək?
• Cavab: Sınaq Qiymətləndirmədə Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan müəllimlər və analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən müəllimlər
(digər ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər istisna olmaqla) iştirak edəcəkdir.
•  Sual: Sınaq Qiymətləndirmədə kimlər iştirak etməyəcək?
• Cavab: Qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəkdir.
• Sual: Sınaq qiymətləndirmənin attestasiyadan fərqi nədir?
• Cavab: Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə sınaq xarakter daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Effektiv və harmonik təhsil mühitini yaradılması təhsilalanlara əldə etdikləri biliklərin tətbiq etməsi üçün çox vacibdir. Bu mühitin yaradılması dünya təcrübəsində də istinad edildiyi kimi, təhsilalanların peşəkar bilik və bacarıqlarının vaxtaşırı monitorinqindən keçir.
• Və ən əsası, attestasiyadan aşağı qiymət almış şəxslər sistemdən kənarlaşdırılır, SQ-də isə belə hal mövcud deyil.  
• Sual: SQ-də hamı iştirak etməlidirmi?
• Cavab: Bütün müəllimlər bu qiymətləndirmə prosesindən keçməlidir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsinin təmin olunmasına şərait yaradan SQ səriştəli təhsilverənin karyera inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan təhsilverənlərin bu qiymətləndirmə prosesindən keçməsi onların karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üçün vacibdir. 
• Sual: SQ nəyə xidmət edir?
• Cavab: SQ müəllimlərin peşəkar inkişaf istiqamətlərini, onların karyera inkişafını müəyyənləşdirir, nəticəyönümlü əməkhaqqı sistemini stimullaşdırır, təhsilverənin daim öz bilik və bacarıqlarını artırması  üçün münbit şərait yaradır. Bu proses eyni zamanda təhsilverənlərin attestasiyasına hazırlıq xarakteri daşıyır. 
• Sual: SQ-dan keçən müəllimlər üçün stimullaşdırıcı tədbirlər nədən ibarət olacaq? Bu tədbirlər müəllimlərin SQ-dən keçməsi üçün kifayət qədər cəlbedici olacaqmı?
• Cavab: SQ  prosesində yüksək nəticələr əldə edən müəllimlər maddi və mənəvi stmullaşdırılması nəzərdə tutulur. Bu prosesin attestasiyaya hazırlıq mərhələsi kimi bir növ “əsas döyüşqabağı məşq” olduğunu və təkmilləşmə məqsədilə zəif yerlərin müəyyənləşdirilməsi üçün əsas vasitə olmasını nəzərə alaraq, cəmiyyət tərəfindən müsbət qarşılanacağına ümid edirik. Gələcəkdə bu tip qiymətləndirmənin nəticələrindən təhsilin keyfiyyətinin artırılmasında istifadə olunacaqdır.
• Sual: SQ-dan keçmək üçün yaş həddi müəyyənləşibmi? Bütün müəllimlər bu prosesdən keçməlidirmi?
• Cavab: Hazırda Bakı şəhərində Təhsil Nazirliyi sisteminə daxil olan, müəllimlik fəaliyyəti ilə məşğul olan hər kəs qiymətləndirmədən keçməlidir.
• Sual: SQ nə zaman keçiriləcək?
• Cavab: Təhsil nazirinin müvafiq əmrinə əsasən SQ-nın iyun ayında keçirilməsi nəzərdə tutulub.
• Sual: Qiymətləndirmə hansı ixtisaslar üzrə aparılacaq və neçə sualdan ibarət olacaq?
• Cavab: Qiymətləndirmə 19 ixtisas üzrə və 80 sualdan (40 ixtisas, 20 metodika, 20 kommunikativ sual) ibarət olacaq.
• Sual: SQ-nın nəticəsi nə qədər müddət üçün keçərlidir?
• Cavab: Bu proses tədqiqat xarakteri daşıdığından etibarlılıq müddətindən söhbət gedə bilməz.
• Sual: Müəllimlərin peşəkarlıq səviyyəsi hansı meyara əsasən müəyyən ediləcək?
• Cavab: Müəllimlərin peşəkarlıq səviyyəsi ixtisas bilikləri, metodiki bacarıqlar və kommunikativ qiymətləndirmənin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Burada hər bir bölmə üzrə verilən cavablara fərdi yanaşılacaq. 
• Sual: Əgər bir müəllim üzrlü səbəbdən qiymətləndirmədə iştirak edə bilməzsə, onun üçün yenidən bu prosesdə iştirak etmək imkanı yaradılacaqmı?
• Cavab: Müəllimlərin bu prosesdə iştirakının zəruriliyini nəzərə alaraq, qiymətləndirmə tarixlərinə yaxın müddətdə onların yenidən SQ-da iştirakı üçün şərait yaradılacaq.
• Sual: Cavablar üzrə orta bal necə müəyyənləşdiriləcək?
• Cavab: SQ imtahan olmadığı üçün burada orta bal anlayışı yoxdur.
• Sual: Nəticələr nə zaman, necə və kim tərəfindən elan olunacaq?
• Cavab: Nəticələr qiymətləndirmədən 3 gün sonra BŞTİ tərəfindən ümumtəhsil məktəblərinə göndəriləcək.
• Sual: Qiymətləndirmə İKT vasitəsilə aparılacaq? 
• Cavab: Qiymətləndirmə yazılı test vasitəsilə aparılacaq.
• Sual: Qiymətləndirmə necə saat davam edəcək?
• Cavab: Qiymətləndirmə 2 saat davam edəcək. 
• Sual: Sınaq qiymətləndirmədə fəxri ad və mükafata layiq görülənlər, “Əməkdar müəllim”lər və  “Ən yaxşı müəllim”lər üçün güzəştlər nəzərdə tutulubmu?
• Cavab: Bununla bağlı heç bir güzəşt nəzərdə tutulmayıb və bu müəllimlərin SQ-də öndə gedərək nümunə olmalarını gözləyirik.
• Sual: SQ-də obyektivlik necə qorunacaq?
• Cavab: Monitorinqin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
• Sual: SQ müəyyən müddətdən bir baş verən birdəfəlik proses olacaq, yoxsa bu  proses fasiləsiz aparılacaq?
• Cavab: Bu tip qiymətləndirmələrin mütəmadi keçirilməsi nəzərdə tutulur.
• Sual: SQ-dan keçmiş müəllimlər üçün təlimlər əsasən hansı istiqamətləri əhatə edəcək? İxtisasartırma fəaliyyətinə tələbat kütləvi hal alarsa, bunu təmin etmək üçün kifayət qədər resurs varmı?
• Cavab: Bu, fərdi xarakter daşıyır və hər bir müəllimin göstəricilərindən asılı olaraq dəyişəcəkdir. İxtisasartırma kursları dövlət və özəl təhsil müəssisələrində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək.
• Sual: SQ-dan iştirak edən və yüksək nəticə göstərən müəllimlər necə qiymətləndiriləcək?
• Cavab: SQ-nin nəticələrinə görə, müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər.
• Sual: SQ-də zəif nəticə göstərən müəllimləri nə kimi tədbirlər gözləyir?
• Cavab: SQ-dən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməmişdir. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcəkdir. 
• Sual: Rus sektorunda tədris edən müəllimlər hansı dildə testdən keçəcək?
• Cavab: Müəllimlər tədris etdikləri dildə Qiymətləndirmədən keçəcək.
• Sual:  Suallar hansı mövzularda olacaqdır?
• Cavab: Suallar tədris proqramına uyğun tərtib edilir və müəllimlərin şagirdlərə dərs dedikləri mövzulardandır.
• Sual: Sınaq Qiymətləndirmədə kimlər iştirak edəcək?
• Cavab: Sınaq Qiymətləndirmədə Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan müəllimlər və analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən müəllimlər
(digər ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər istisna olmaqla) iştirak edəcəkdir.
• Sual: Sınaq Qiymətləndirmədə kimlər iştirak etməyəcək?
• Cavab: Qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəkdir.
• Sual: Sınaq qiymətləndirmənin attestasiyadan fərqi nədir?
• Cavab: Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə sınaq xarakter daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Effektiv və harmonik təhsil mühitini yaradılması təhsilalanlara əldə etdikləri biliklərin tətbiq etməsi üçün çox vacibdir. Bu mühitin yaradılması dünya təcrübəsində də istinad edildiyi kimi, təhsilalanların peşəkar bilik və bacarıqlarının vaxtaşırı monitorinqindən keçir.


• Və ən əsası, attestasiyadan aşağı qiymət almış şəxslər sistemdən kənarlaşdırılır, SQ-də isə belə hal mövcud deyil.
• Sual: SQ-də hamı iştirak etməlidirmi?
• Cavab: Bütün müəllimlər bu qiymətləndirmə prosesindən keçməlidir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsinin təmin olunmasına şərait yaradan SQ səriştəli təhsilverənin karyera inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan təhsilverənlərin bu qiymətləndirmə prosesindən keçməsi onların karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üçün vacibdir.
• Sual: SQ nəyə xidmət edir?
• Cavab: SQ müəllimlərin peşəkar inkişaf istiqamətlərini, onların karyera inkişafını müəyyənləşdirir, nəticəyönümlü əməkhaqqı sistemini stimullaşdırır, təhsilverənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaradır. Bu proses eyni zamanda təhsilverənlərin attestasiyasına hazırlıq xarakteri daşıyır.
• Sual: SQ-dan keçən müəllimlər üçün stimullaşdırıcı tədbirlər nədən ibarət olacaq? Bu tədbirlər müəllimlərin SQ-dən keçməsi üçün kifayət qədər cəlbedici olacaqmı?
• Cavab: SQ prosesində yüksək nəticələr əldə edən müəllimlər maddi və mənəvi stmullaşdırılması nəzərdə tutulur. Bu prosesin attestasiyaya hazırlıq mərhələsi kimi bir növ “əsas döyüşqabağı məşq” olduğunu və təkmilləşmə məqsədilə zəif yerlərin müəyyənləşdirilməsi üçün əsas vasitə olmasını nəzərə alaraq, cəmiyyət tərəfindən müsbət qarşılanacağına ümid edirik. Gələcəkdə bu tip qiymətləndirmənin nəticələrindən təhsilin keyfiyyətinin artırılmasında istifadə olunacaqdır.
• Sual: SQ-dan keçmək üçün yaş həddi müəyyənləşibmi? Bütün müəllimlər bu prosesdən keçməlidirmi?
• Cavab: Hazırda Bakı şəhərində Təhsil Nazirliyi sisteminə daxil olan, müəllimlik fəaliyyəti ilə məşğul olan hər kəs qiymətləndirmədən keçməlidir.
• Sual: SQ nə zaman keçiriləcək?
• Cavab: Təhsil nazirinin müvafiq əmrinə əsasən SQ-nın iyun ayında keçirilməsi nəzərdə tutulub.
• Sual: Qiymətləndirmə hansı ixtisaslar üzrə aparılacaq və neçə sualdan ibarət olacaq?
• Cavab: Qiymətləndirmə 19 ixtisas üzrə və 80 sualdan (40 ixtisas, 20 metodika, 20 kommunikativ sual) ibarət olacaq.
• Sual: SQ-nın nəticəsi nə qədər müddət üçün keçərlidir?
• Cavab: Bu proses tədqiqat xarakteri daşıdığından etibarlılıq müddətindən söhbət gedə bilməz.
• Sual: Müəllimlərin peşəkarlıq səviyyəsi hansı meyara əsasən müəyyən ediləcək?
• Cavab: Müəllimlərin peşəkarlıq səviyyəsi ixtisas bilikləri, metodiki bacarıqlar və kommunikativ qiymətləndirmənin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Burada hər bir bölmə üzrə verilən cavablara fərdi yanaşılacaq.
• Sual: Əgər bir müəllim üzrlü səbəbdən qiymətləndirmədə iştirak edə bilməzsə, onun üçün yenidən bu prosesdə iştirak etmək imkanı yaradılacaqmı?
• Cavab: Müəllimlərin bu prosesdə iştirakının zəruriliyini nəzərə alaraq, qiymətləndirmə tarixlərinə yaxın müddətdə onların yenidən SQ-da iştirakı üçün şərait yaradılacaq.
• Sual: Cavablar üzrə orta bal necə müəyyənləşdiriləcək?
• Cavab: SQ imtahan olmadığı üçün burada orta bal anlayışı yoxdur.
• Sual: Nəticələr nə zaman, necə və kim tərəfindən elan olunacaq?
• Cavab: Nəticələr qiymətləndirmədən 3 gün sonra BŞTİ tərəfindən ümumtəhsil məktəblərinə göndəriləcək.
• Sual: Qiymətləndirmə İKT vasitəsilə aparılacaq?
Hörmətli  həmkarlarım , şəxsi müəllim  fəaliyyətim ərzində  qarşılaşdığım və digər müəllim həmkarlarımdan  da aldığım  məlumatı  diqqətinizə çatdırmaq istəyirəm. Bəzi şagird  və valideynlər internetdə müəllimlərimiz tərəfindən həmkara dəstək  məqsədilə  yerləşdirilən KSQ  və BSQ-ləri rahatlıqla əldə edib, əvvəlcədən qiymətləndirmə prosesiniə hazır vəziyyətdə gəlirlər.Bu isə müəllimi qiymətləndirmə prosesində çətin vəziyyətə salır və müəllimlərin haqlı narazılığına səbəb olur.Bir neçə müəllim həmkarımın mənə şəxsən müraciətini nəzərə alaraq KSQ VƏ BSQ-lərin açıq yayınlanmasını dayandırma qərarını verdim.Sosial şəbəkələrəd müvafiq fənn üzrə müəllim qruplarına qoşularaq ( müəllim olduğunu subut etməli olacaqsınız!) həmkrlarımizin hazırladığı mütəlif resurslardan faydalana və həmçinin öz resurslarınızı da paylaşa bilərsiniz.İşlərinizdə uğurlar diləyirəm.             




Mənbə : https://www.facebook.com/groups/Fizikamuellimleri/?fref=ts

 

MÜƏLLİMLƏRİN SINAQ QİYMƏTLƏNDİRİLMƏSİ nə deməkdir?

MÜƏLLİMLƏRİN  SINAQ  QİYMƏTLƏNDİRİLMƏSİ  İLƏ ƏN ÇOX  VERİLƏN  SUALLAR  VƏ  ONLARA  CAVAB 
12 may tarixində KİV-lərdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi ilə bağlı xəbərlər sürətlə yayıldı.
Qeyd edim ki, Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılması nəzərdə tutulub.Çoxlarını da elə bu məqamlar bir balaca karıxdırıb . Öz anladığım qədər bu  3 qiymətləndirmə istiqamətlərinə aydınlıq gətirməyə çalışam.
1.Sınaq Qiymətləndirilməsinin fənn istiqaməti - müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcəkdir.
2.Sınaq Qiymətləndirilməsinin metodika istiqaməti üzrə tapşırıqları - kurikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir.
3.
Sınaq Qiymətləndirilməsində kommunikativ qabiliyyətə dair sorğu - müəllimlərin sagirdlərlə ünsiyyət qurmaq, özünüidarə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir.

Sınaq Qiymətləndirilməsinə asanfizika.blogspot.com Veb səhifəsi ilə hazırlaşın!
Əziz müəllim həmkarlarım ,nəzərinizə çatdırım  ki, Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. Yəni ,zəif cavab vermiş müəllimlərin iş yerini itirmək kimi bir təhlükəsi yoxdur.
Qiymətləndirilməilkin olaraq Bakı şəhərinin 12 rayonu üzrə ayrı - ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcəkdir.
Sınaq Qiymətləndirilməsi ilə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sistemin yaradılmasına başlanılması nəzərdə tutulur.
Qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin peşə fəaliyyəti stimullaşdırıcı meyarlarla dəyərləndiriləcək və yeni yanaşmaya uyğun təlim proqramları hazırlanacaqdır. Bu proses, həmçinin müəllimlərin ixtisasartırılması və yenidənhazırlanması üçün əlavə imkanlar yaradacaq, ümumilikdə, təhsilin keyfiyyətinin yüksəlməsini təmin edəcək, əmək fəaliyyətinin və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaqdır.
Hörmətli fizika fənni müəllimi həmkarlarım,yeri gəlmişkən qeyd edim ki ,"Əyləncəli Fizika Kurikulumu " Veb səhifəmdə sizin bu   Sınaq Qiymətləndirilməsinə hazırlaşmanız üçün kifayət qədər resurslar vardır.Sizə Uğurlar olsun!