Müəllim hazırlığı-Test

1) "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə qüvvəyə minib?
    A) 1998    B)1999    C) 2002    Ç) 2008   D) 2009
2)"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu neçə maddədən ibarətdir?

  A) 47       B) 50            C) 40        Ç) 58    D) 38

3) Məzmun standartının quruluşu hansıdır?

A) Bilik Fəaliyyət Vərdiş

B) Bacarıq Vərdiş

C) Bilik Fəaliyyət

Ç) Heç biri

D) Fəaliyyət Vərdiş

4) "Kurikulum” sözünün lüğəti mənası deməkdir:

A) sənəd, məcmuə

B) fənn, təhsil

C) Konsepsiya, əmr

Ç) yol, istiqamət

D) Təhsil pilləsi, təhsil proqramları

5) Biliyin növləri hansıdır?

A) Təlim. Bacarıq. Vərdiş.

B) Məntiqi. Yaradıcı. Tənqidi.

C) Motivasiya. İnteqrasiya. Karusel

Ç) Deklarativ. Prosedural. Kontekstual

D) Hamı.

6) BİBÖ abveturası nə bildirir?

A) Bilmək İstəyirəm. Bildim. Öyrəndim.

B) Bilmirəm. İstəyirəm bilim. Öyrənərdim.

C) Bilmədiklərim.İstəyirəm bilim. Öyrənərdim.

Ç) Bilik. İstiqamət. Bilmədiklərim. Öyrəndiklərim.

D) Bilirəm. İstəyirəm bilim. Öyrəndim.

7) Blumun Taksonomiyası nəzəriyyəsinə görə dərketmənin Səviyyələri hansıdır?

A) 1)Bilik 2)Qavrama 3)Tətbiq 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə

B) 1)Bilik 2)Tətbiq 3)Təhlil 4)Qiymətləndirmə 5)Sintez

C) 1)Bilik 2)Təhlil 3)Sintez 4)Tətbiq 2) Qiymətləndirmə

Ç) 1)Bilik 2)Qavrama 6) Qiymətləndirmə

D) 1)Bilik 2)Tətbiq 3)Qavrama 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə

8) Fəal təlim nəyə əsaslanır?

A) Təfəkkürün inkişafına. Təfəkkürün müstəqillik və sərbəstliyinə. Əməkdaşlığa.

B) Biliklərin yaradıcı tətbiqinə. Şagirdin fəal dərketmə mövqeyinə. Problemli şəraitin yaranmasına.

C) Biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına.

Ç) Heç birinə.

D) Hamısına.

9)Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansılardır?

A) Humanistlik. Demokratlik. Millilik və dünyavilik. Humanistlik. İnteqrasiya.

B) Humanistlik. Demokratlik. Bərabərlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. Varislik. Liberallaşma. İnteqrasiya

C) Demokratlik. Bərabərlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Humanistlik. İnteqrasiya. Məsuliyyət.

Ç) Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. Varislik. Liberallaşma. İnteqrasiya. Kurikulum

D) Humanistlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. İnteqrasiya. Kurikulum. İnteqrasiya.

10) Təhsilalma Formasi deyil?

A) Sərbəst B) Əyani C) Qiyabi Ç) Özəl D) Məsafəli

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Strategiyasının icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 oktyabr 2013-cü il.

Həmçinin oxu:
Azərbaycan Respublikasında təhsilin inkişafı dövlət strategiyası 

Fizikadan bildiklərinizi rahat,həyacanlanmadan ,əyləncəli şəkildə yoxlamaq istəyirsinzsə.. bunu müxtəlif üsullarla edə bilərsiniz.Sizə maraqlı ,sadə ,cavabı rahat olan  pazzlar , krossvordlar , online  və interaktiv oyunlar təqdim edirəm. Şagird ,tələbə ,müəllim ,elə valideynin  özü də bu öyrədici və rəngarəng oyunlara biganə qala bilməyəcək. Oyundur deyib keçməyin.Bunlar həm sınaq ,həm öyrədici ,həm araşdırıcı ,həm tətbiq edici fizika zəka oyunlarıdır.

Fizika təbiəti öyrənir deyənlərdənsinizsə ,fizikadan maraqlı məqamları ,xəbərləri ,pullu fizikləri ,fizika təcrübə animasiyalarını,həyatımızı hansı düsturların idarə etdiyini,niyə belə enerjili olduğunu və daha nələri -nələri diqqətinizə çatdırıram.
 Fizikadan bu maraqlı faktları bəlkə də hələ eşitməmisiniz.

6-cı sinfə çatıb Fizika qorxusu yaşayan şagirdsən,yoxsa ,gələcək hədəflərini müəyyən edə bilməyən şagirdsən ,bəlkə də həyatda uğurlu olmanın sirlərini axtaran balaca fiziksən .Bilirsənmi , fizika müşahidədən başlayır ,ingilis dilini  öyrənməyinin fizika öyrənməyinə də xeyri olacaq?! Elə isə Virtual Laboratoriya fizika lətifələri ilə birlikdə sənin ixtiyarındadır

Milli Kurikulumun mahiyyətini araşdırıb ,Fizika kurikulumunun verəcəyi faydaları analiz etmək istəyirsiniz-rəsmi sənəd burada! Fizikaya aid hər şey- düsturlar ,kəmiyyətlər ,vahidlər , əsl fiziklərin bildiyi  yunan əlifbası  əl altında hazırdır.Dünyada tanınmış elmi uğurlarımızı hamıya fəxrlə bəyan edə bilərsinz

Fizikaya aid videoçarxlar.Fizikanın tarixini 4-cə dəqiqəyə görəcəksiniz .Sonra Eynşteynin öz orijinal səsi ilə E=mc2 düsturunun şərhini dinlə.Bilrdinizmi ,dünyamızı 7 düstur idarə edir ? Maraqlıdır qum özü necə rəqs edə bilər?Bunu fizika tarixini yaradan məhşur fiziklərdən soruşmaq lazımdır.NASA Ay atmosferinə çıxıb ,sıfır cazibədə kofe fincanı tapıblar.Çinlilər kosmosdan canlı dərs verir ,biz isə hələ yumurtanı butulkaya necə salacağımızı öyrədirik.Ümid var , çünki uçdu göylərə bizim peykimiz.. Azerspace artıq gəlir gətirir..

Fizika dərsiniz ,təqdimatınız və s. üçün e-resurs adında bir çox məlumat . Günəş sisreminin fəaliyyətdə olan real 2
ölçülü modeli , .kainatımızda ölçü anlayışı sizdə marağa səbəb olacaq.3D animasiyalar ,interaktiv sınaqlar , düsturlar siyahısı .Görəsən fiziklərin şəkillərini niyə pul əskinasları üzərinə həkk ediblər?

BU BİR NEVROLOJİ TESTİDİR

Rahat  əyləşin  və  sakitləşin . Aşağıdakı  deyiləcək  3 əməli  1 dəqiqədən az vaxt ərzində  etməlisiniz.
Sadəcə  baxaraq  tapmağa çalışın ,Mouse oxundan istifadə etməyin,uğurlar.

1 - Aşağıdan C  hərfini tapın. Mouse oxundan istifadə etməyin
OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO

OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOCOO OOOOOOOOOOOO
OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO
OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO
OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO
OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO

2- Əgər  C hərfini tapdınızsa , indi  6  rəqəmini  tapın.

9999999999999999999 9999999999999999 9999999999999999 99999
9999999999999999999 9999999999999999 9999999999999999 99999
9999999999999999999 9999999999999999 9999999999999999 99999
9999699999999999999 9999999999999999 9999999999999999 99999
9999999999999999999 9999999999999999 9999999999999999 99999
9999999999999999999 9999999999999999 9999999999999999 99999

3 - Son olaraq bir qədər çətin olsa da ,N  hərfini tapmağa çalışın .

MMMMMMMMMMMMMMMMMMM MMMMMMMMMMMMMMMM MMMMNMMMM
MMMMMMMMMMMMMMMMMMM MMMMMMMMMMMMMMMM MMMMMMMMM
MMMMMMMMMMMMMMMMMMM MMMMMMMMMMMMMMMM MMMMMMMMM
MMMMMMMMMMMMMMMMMMM MMMMMMMMMMMMMMMM MMMMMMMMM
MMMMMMMMMMMMMMMMMMM MMMMMMMMMMMMMMMM MMMMMMMMM

Bu  bir  zarafat  deyil. Üç  testin  öhdəsindən  1 dəqiqədən  az müddətə və mouse  oxunu  sətirlər  üzərində  gəzdirmədən  gələbildinizsə  deməli  əsəbləriniz  qaydadadır. Beyniniz  yaxşı işləyir  və Alzehimer xəstəliyindən  uzaqsınız.

Və  son  olaraq  aşağıdakı  tabloya  baxın ; Kəlmələri  söyləyin ,rəngləri  yox !

Beyninizin sağ   yarımkürəsi rəngləri deməyə çalışır ,acaq  sol yarımkürə kəlmələri söyləmyə cəhd edir.Bu tapşırığın da öhdəsindən uğurla  gəldinizsə  , deməli  , beyninizin  sağ və sol  yarımkürələri  münaqişə  etmir.Təbriklər !

Sadə , maraqlı təcrübələr etmək istəyirsən ?

                  Sadə kiçik buxar mühərrikini hazırlayaq.                 
   
Sadə,əyləncəli işığın qırılması təcrübəsi
                                              
       Sadə,maraqlı Nyutonun rəng çarxının hazırlanması 

12 illik ümumi təhsil sisteminin yaradılması

Cəmiyyətimizin gələcəyi bu gün mükəmməl biliklərə yiyilənə bilən vətəndaşlarladır. Onların yaxşı mütəxəssis, həkim, müəllim və s. kimi formalaşdıqları cəmiyyətdə hərətərfli inkişafdan danışıla bilər ki, bunun da kökündə mükəmməl təhsil dayanır. Təhsil kiminə görə sonda əldə edilən kağız parçası, cehiz, kimənə görə isə illərin alın təri, zəhməti, yuxusuz gecələr hesabına əldə etdiyi çox qiymətli xəzinə və bundan əldə edilən uğurlardır.
Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Təhsil Azərbaycanın gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir sahədir. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 12 illik ümumi təhsil sisteminə keçid...

YERIN MAQNİT SAHƏSİ

YENİ!
Ümumi fizika kursuna Full test nümunələri 
500 sual-500 cavab
İmtahanlar öncəsi biliyini yoxla!
Faylın ölçüsü: 2.83 MB

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmə müvəqqəti təlimatı

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT
Azərbaycan Respublikası təhsil nazirinin
2 sentyabr 2013-cü il tarixli 792 nömrəli
əmri ilə təsdiq edilmişdir

Bu müvəqqəti Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında 3 iyun 2010-cu il tarixli 103 nömrəli və "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasının təsdiq edilməsi haqqında" 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarlarının icrasını təmin etmək məqsədilə tətbiq edilir.

1. ümumi müddəalar
1.1. Ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur.
1.2. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir.
2. Diaqnostik qiymətləndirmə
2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində təhsilalanların bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır.
2.2. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir.
2.3. Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, təhsilalan haqqında müvafiq yazılı qeydlər təhsilalanın portfoliosunda saxlanılır.
3. Formativ qiymətləndirmə
3.1. Formativ qiymətləndirmənin məqsədi təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir.
3.2 Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil.
3.3. Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır.
3.4. Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər.
3.5. Müəllim təhsilalanın fəaliyyətinin nəticəsini "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikə uyğun olaraq rum rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli kitabçası"nda isə sözlərlə yazır.
3.6. "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin məzmunu və şagirdin formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır.
3.7. Müəllim yarımillərin sonunda "Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.
4. Summativ qiymətləndirmə
4.1. Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır.
4.2. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
4.3. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.
4.4. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir.
4.5. Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
4.6. Şagirdlərin kiçik və böyük summativ qiymətləndirmələrinin nəticələri illik qiymətlərinin hesablanmasında nəzərə alınır.
4.7. Kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə vaxtı illik planlaşdırmada nəzərdə tutulur.
4.8. Kiçik və böyük summativ qiymətləndirmə vasitələri qiymətləndirmə standartlarının dörd mürəkkəblik səviyyəsinə uyğun olaraq 1-4-cü səviyyələrdə (20%-i 1-ci, 30%-i 2-ci, 30%-i 3-cü və 20%-i 4-cü səviyyəyə aid olmaqla) hazırlanır.
4.9. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün kiçik summativ qiymətləndirmədə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində "q"(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti kiçik summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsi məxrəcdə qeyd edilir.
4.10. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul olunur.
4.11. Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir. Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul edilir.
4.12. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.
4.13. Şagirdin yarımillik qiyməti yarımil ərzində keçirilən kiçik summativ qiymətləndirmələrin yekun nəticələrinin 40%-i ilə, yarımillik sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsinin 60%-nin cəmi əsasında aşağıdakı düsturla çıxarılır:
4.14. Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanılır:
Burada: Y1 - 1-ci yarımil üzrə qiyməti, Y2 - 2-ci yarımil üzrə qiyməti göstərir.
4.15. Şagirdin qiyməti düzgün cavabların maksimum bala nisbəti ilə faiz göstəricisinə uyğun müəyyənləşdrilir.

FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ

_______________ 1. MOTİVASİYA ________________
Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
Motivasiya - Psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir.
Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.

____ Motivasiyanın yaradılmasına təsir edən amillər ____
Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir, müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;
Materialın təqdim olunma üsulları və formaları;
Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
Yaradıcılıq imkanı;
Müəllim tərəfindən bələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə);
Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.

__________ 2. TƏDQİQATIN APARILMASI _______________
Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır.
Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır.
Tədqiqatın aparılması üzrə metodların seçiminə,
İşin qrup şəklində və digər formada təşkili və aparılmasına,
Tədqiqatın aparılması qçün tapşırıqların və bilik mənbələrinin seçilməsinə,
İş vərəqlərinin hazırlanmasına.

_________ 3. MƏLUMAT (İnformasiya) MÜBADİLƏSİ ________
Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.
Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.

_______ 4. MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ _______
Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onlarınsistemləşdirilmə-sinə yönəldilir.
Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.

_____________ 5. NƏTİCƏLƏRİN ÇIXARILMASI ____________

Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır
Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.
Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.

____________ 6. YARADICI TƏTBİQETMƏ ____________
Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

________________ 7. EV TAPŞIRIQLARI ______________
Ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır
Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar,
modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;
Lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;
Şagirdlər yuixarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.

______________ 8. QİYMƏTLƏNDİRMƏ _________________
Qiymətləndirmə - istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.

__________________ 9. REFLEKSİYA ___________________
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.

Övladınızı necə böyütmək istəyirsiniz ?

                                                  Hörmətil valideynlər ! Yadda saxlayın , əgər siz :

  • Övladınızı  həmişə  tənqid   edirsinizsə , o , nifrət  etməyi  öyrənir 
  • Övladınızı  ələ  salırsınızsa  , o , getdikcə  özünə  qapanır
  • Övladınızı  həmişə suçlayırsınızsa , o , günah hissi  ilə yaşamağı  öyrənir
  • Övladınızla  həmişə münaqişə edirsinizsə  , o , aqressiv ,acıqlı,hirsli davranmağı  öyrənir
Yox , əgər siz :
  • Övladınızı  nailiyyətinini  qiymətləndirirsinizsə , o , səxavətli və  xoş  niyyətli  olmağı  öyrənir
  • Övladınızı  dəstəkləyirsinizsə , o , özünə  qiymət  verməyi  öyrənir
  • Övladınızı  təmkinli davranaraq böyüdürsünüzsə , o, başqalarını anlamağı  öyrənir
  • Övladınızı  dürüst  davranaraq  böyüdürsünüzsə ,o , ədalətli olmağı  öyrənir
  • Övladınızı təhlükəsiz şəraitdə  böyüdürsünüzsə ,o , insanlara inanmağı ,etibar etməyi öyrənir
  • Övladınızla qarşılıqlı  anlaşma  və  dostluq şəraitində  yaşayırsınızsa , o ,yaxşı  dost  olmağı  öyrənir.